Accessibility links

Yeni Hollivud Filmləri: `Don't Be Afraid of the Dark` (video)


Yeni Hollivud Filmləri: `Don't Be Afraid of the Dark` (video)
Yeni Hollivud Filmləri: `Don't Be Afraid of the Dark` (video)

Az yaşlı qız Selli Hirst Rodaylendda yaşayan atası Aleks və atasının sevgilisi Kimin yanına, 19-cu əsrdə tikilmişim evə köçür. Aleks yaşadıqları bu evi təmir edərək satmaq istəyir. Kiçik qız Sellinin anası onu tərk etdiyindən qəlbi qırıqdır. Atasının sevgilisi Kimin onunla dostlaşmaq istəməsinə baxmayaraq Selli Kimi özünə yaxın buraxmır.

Yeni Hollivud Filmləri: `Don't Be Afraid of the Dark` (video)
Yeni Hollivud Filmləri: `Don't Be Afraid of the Dark` (video)

Evdə gəzərkən Selli evin zirzəmisində yaşayan varlıqların səsini eşidir. Bu varlıqlar Sellinin onlardan biri olduğunu iddia edirlər. Aleksin etirazına baxmayaraq vəziyyətdən xəbər tutan Kim Selli ilə bərabər evi tərk edərək müvəqqəti olaraq otelə köçməyə qərar verirlər. Amma onlar evdən çıxa bilmirlər. Çün ki, onlar artıq tələyə düşüblər.

`Don't Be Afraid of the Dark`filminin rejissoru Troy Niksi, ssenari müəllifi Matyu Robbins və Qulermo del Torodur. Baş rollarda Keyti Holmes, Qay Pirs, Baili Medison və Cək Tomson çəkiliblər.

XS
SM
MD
LG