Accessibility links

Yeni Hollivud Filmləri: “Gone”(video)


Yeni Hollivud Filmləri: “Gone”(video)

Yeni Hollivud Filmləri: “Gone”(video)

Gone

Cill Periş gecə növbəsində işləyir. O, işdən evə gəldikdə bacısı Molinin oğurlandığını aşkar edir. Sən demə bir il əvvəl Cill özü adam oğrusundan qaçaraq canını qurtarıb. O, əmindir ki, eyni qatil bu dəfə onun bacısını qaçırıb. Gün batana qədər bacısı Molinin qatilin qurbanı olacağından ehtiyat edən Cill qatilin sirlərini ifşa edərək bacısının həyatını xilas etməyə çalışır.

Cill polisləri qana susamış qatil tərəfindən oğurlandığına inandırmağa çalışır. Lakin polis Cillin fərziyəsini ciddi qəbul etmir və onun dəlillərinin inandırıcı olmadığını deyir.

Triller janrında çəkilmiş “Gone” filminin rejissoru Heitor Dali, ssenari müəllifi isə Alison Burnetdir. Baş rolları Amanda Seyfrid, Ceniffer Karpenter, Ves Bentli, Sebastian Stan və Maykl Peyr ifa edir.

XS
SM
MD
LG