Accessibility links

Yeni Hollivud Filmləri: Hall Pass (video)


Brothers Andrew Wilson, Owen Wilson, and Luke Wilson, from left, pose together at the premiere of "The Wendell Baker Story" in Beverly Hills, Calif. on Thursday, May 10, 2007. The film was co-directed by Andrew and Luke, written by Luke, and stars Luke a

Brothers Andrew Wilson, Owen Wilson, and Luke Wilson, from left, pose together at the premiere of "The Wendell Baker Story" in Beverly Hills, Calif. on Thursday, May 10, 2007. The film was co-directed by Andrew and Luke, written by Luke, and stars Luke a

Salam, Yeni Hollivud filmlərinə xoş gəlmisiniz. Mən Oven Vilsinəm. Buyurun bizim yeni “Hall Pass” filmi ilə tanış olun.

Ailə həyatlarını yenidən maraqlı etmək məqsədi ilə iki qadın subaylıq həyatını yenidən yaşayaraq fantaziyalarından həzz almaq üçün ərlərinə bir həftəlik azadlıq verirlər.

Culiya: Filmin əvvəlində sizin qəhrəmanınız Fred və onun dostu Rikin həyat yoldaşları ilə münasibətləri necədir?

Oven Vilsin: Məncə onlarıın münasibətləri elə bir nöqtəyə çatıb ki, artıq həyat bir az maraqsızdır.

Ceysin Sudeykis: Mən Fredi balaca itə bənzədirəm, və fredin həyat yoldaşı eləbilki, əvvəllər təlim keçmiş it sahibi olmuş indi isə onun sahibi olan bir qadındır.

Oven Vilsin: Yəni münasibətlər maraqsızdır demək düzgün olmazdı bəlkədə. Yəni hər şey təkrar olunandır, qabaqcadan məlumdur.

Ceni Fişer: Mənim oynadığım Meqi obrazının ailə işlərinə başı o qədər qarışıb ki, özünə fikir verməyə artıq vaxtı qalmayıb.

Oven Vilsin: `məncə Meqi elə buna görə də məyus olur və mənə `Hall Pass` verir.`

Culiya: `Hall Pass` ümumiyyətlə nə deməkdir?

Oven Vilsin: `Hall Pass` bu filmdə evlilikdən bir həftəlik istirahət edərək istədiyini etmək deməkdir.

Ceni Fişer: `Çox dəhşətli ideyadır. Film üçün əla ideyadır, amma gerçək həyatda isə heç kimə məsləhət görməzdim.`

Oven Vilsin: `Bu film mənim yadımda qalacaq ona görə ki, bir çox hallarda sən film üzərində işləyirsən və o qədər narahatlıqlarla üzləşirsən ki, deyirsən görəsən bu gün nəisə çəkə biləcəyikmi? Bu filmdə isə çəkilişlər elə rahat keçirdiki. Yəni bu film tamaşaçı rəğbəti qazansa məndə belə bir sual yaranacaq; görəsən başqa filmlər niyə belə rahat çəkilmir.`

Culiya: Bir çoxlarımız evliliyi müqəddəs hesab edirik. Evlilik haqda yazanda siz hesab edirdiniz ki, ehtiyatlı olmalısınız?

Bobi and Peter Farelli: Bizə elə gəlirdi ki, biz düzgün fikirləşirik. Yəni biz tək kişilərin nöqteyi nəzərindən baxırdıq. Qadınların necə fikirləşəcəyini heç düşünməmişdik. Lakin sonradan həyat yoldaşlarımızla məsləhətləşdik. Onlar dedilər ki, bu qızlar ssenarinin əvvəlindəki qızlar deyil. Bu qızlar kifayət qədər güclü deyillər. Onlar bizə bunu başa salandan sonra biz qızların obrazları üzərində yenidən işləməli olduq, və düşünürəm ki, film daha da maraqlı oldu.

Culiya: Həyat yoldaşı bir həftəlik istirahətdə olarkən Meqi obrazı nə başa düşdü?

Ceni Fişer: Meqi keçid dövrü yaşayır. O ilk öncə bir az istirahət edir. Ona görə ki, üç uşaqla demək olar ki, gecələr yatmırdı. Nəhayət ki, o gözünün yuxusunu alır, bir az gəzir, və kim olduğunu xatırlamağa başlayır. Məncə ana olarkən qadın olduğunu unudursan.

XS
SM
MD
LG