Accessibility links

Yeni Hollivud Filmləri: “Anonymous” və “In Time” (video)


Yeni Hollivud Filmləri: “Anonymous” və “In Time” (video)

Yeni Hollivud Filmləri: “Anonymous” və “In Time” (video)

Görəsən Şekspirin yaratdığı əsərlərin müəllifi doğurdanda odurmu? “Anonymous” filmi Edvard de Verenin həyatından bəhs edir. Hadisələr kraliça Birinci Yelizaveta dövründə baş verir. De Vere kraliça Yelizavetanın 15 yaşında dünyaya gətirdiyi qeyri-qanununi övladı kimi təsvir edilib. Gənc yaşlarında kraliça Yelizavetanın sevgilisinə çevrilən de Vere bəlkə də onun oğlu Henri Vrioteslinin həm qardaşı, həm də atasıdır. De Verenin həm də Şekspirin əsərlərinin əsl müəllifi olduğuna dair ehtimallar var.

Yeni Hollivud Filmləri: “Anonymous” və “In Time” (video)

Yeni Hollivud Filmləri: “Anonymous” və “In Time” (video)

“Anonymous” siyasi triller janrında çəkilmiş kino-filmdir. Film sentyabr ayının 11-i Toronto Beynəlxalq Kino Festivalında ilk dəfə nümayiş etdirilib. Filmin ssenari müəllifi Con Orlof deyir ki, film Şekspirin əsərlərinə münasibətin dəyişməsinə səbəb olacaq. Filmin rejissoru Roland Emericdir. Baş rollarda Ris İfans, Vanessa Redqreyv, Coli Riçardson və başqaları çəkiliblər.

“In Time” kino-filmi əbədi həyat haqdadır. Gələcəkdə yaşlaşma geni söndürüləcək və insanlar 25 yaşından sonra yaşlanmayacaq. İnsanların sayının artmamamsına nəzarət etmək üçün vaxt pula çevrilir. Beləliklə yaşamaq üçün pul ödənməlidir.

Yeni Hollivud Filmləri: “Anonymous” və “In Time” (video)

Yeni Hollivud Filmləri: “Anonymous” və “In Time” (video)

Zənginlər əbədi yaşaya bilir, yerdə qalan insanlar isə yaşamaq üçün vaxtı pulla almalıdırlar. Vaxt pula bərabər olanda əbədi yaşamağın yeganə yolu nəyin bahasına olursa olsun pul qazanmaq, oğurluq etmək və vaxta sahib olmaq üçün əlindən gələni etməkdən ibarət olur. Vil Salas adi bir insandır, sadə həyat yaşayır. Lakin birdən-birə o əbədi yaşama şansı ona zənginlərin dünyasına düşməyə kömək edir. Burada o, ədalətsiz sistemi məhv etmək üçün gözəl və zəngin gənc qızla əlbir olur. Filmin rejissoru və ssenari müəllifi Andryu Nikoldur. Baş rollarda Castin Timberleyk, Amanda Seyfred, Siliyan Merfi, Vinsent Karteyzer və başqaları çəkilib.

XS
SM
MD
LG