Accessibility links

Yeni Hollivud Filmləri: “Land of Blood and Honey”(video)


Yeni Hollivud Filmləri: “Land of Blood and Honey”(video)
Yeni Hollivud Filmləri: “Land of Blood and Honey”(video)

Amerika kino ulduzu Ancelina Coli rejissor kimi ilk dəfə olaraq 1990-cı illərdə baş vermiş Bosniyadakı vətəndaş müharibəsi haqda film çəkir. Amerikanın Səsinin Bosniya xidmətinə verdiyi eksklüsiv müsahibədə Coli deyib ki, onun “Land of Blood and Honey” adlı filmi tolerantlıq və anlaşma mesajı çatdırır.

Ancelina Coli kamera qarşısında olmağa vərdiş edib. Lakin onun son layihəsində Oskar mükafatının qalibi ilk dəfə kameranın arxasına keçərək Bosniyadakı müharibənin dəhşətini işıqlandırır.

Ancelina Coli: “Hadisə barədə oxuduqca və öyrəndikcə baş verənlərə müdaxilənin olmadığına görə qəzəbim artırdı. Qadınlara qarşı zorakılıq haqda oxuyanda mütəəssir olurdum və mən elə bir film çəkmək istəyirdim ki, yalnız cütlər arasında münasibətləri deyil, eyni zamanda bacılar və atalarla oğulları arasında, analarla uşaqları arasında münasibətləri işıqlandırsın.”

Coli “Land of Blood and Honey ” filmini özü həm ssenariləşdirib həm də çəkib. Film Bosniya-Herseqovinada üç il davam edən qanlı münaqişə zamanı müsəlman qadınla serb kişi arasında məhəbbət hekayəsindən bəhs edir.

Ancelina Coli çəkdiyi filmin müharibə və 1995-ci ildə sülh müqaviləsi imzalandıqdan sonra Bosniyada davam edən mübarizəyə diqqəti cəlb edəcəyinə ümid etdiyini deyir.

Yeni Hollivud Filmləri: “Land of Blood and Honey”(video)
Yeni Hollivud Filmləri: “Land of Blood and Honey”(video)

Ancelina Coli: “Mən istəyirəm insanlar Bosniyanı, orada baş verənləri xatırlasınlar. Mən istəyirəm insanlar sağ qalanlara iltifad etsinlər və yadda saxlamaq lazımdır ki, bu ölkənin yaraları bu günədək sağalmayıb.”

BMT-nin xoşməramlı səfiri kimi altı uşaq anası aktrisa kimi tez-tez qlobal məsələlərə təsir göstərir. Lakin bu dəfə fərqli olub.

Ancelina Coli: “Bu, Bosniya haqda çəkilmiş Amerika film deyil, bu bir amerikalı, bir neçə bosniyalı və bu ərazidən olan bir çox insanla birgə çəkilmiş filmdir və biz bu işi bərabər görmüşük.”

“In the Land of Blood and Honey” filmi Birləşmiş Ştatlarda dekabrın 23 kinoteatr ekranlarına çıxacaq. Film iki dildə, ingilis və bosniya dillərində səsləndirilir.

XS
SM
MD
LG