Accessibility links

Yeni Hollivud Filmləri: Miral (video)


Yeni Hollivud Filmləri: Miral (video)

Yeni Hollivud Filmləri: Miral (video)

`Miral` filmi İsrailin 1948-ci ildən fələstinlilərə etdiyi zülmlərin dəqiq təsviridir

`Miral` filminin rəsmi səhifəsini burada izlə: http://www.miralmovie.com/

Qüds 1948-ci il. Hind əl-Hüseyni işə gedərkən küçədə 55 yetim uşaqla qarşılaşır. O, uşaqları yedirtmək və sığınacaq vermək üçün evinə aparır. Altı aydan sonra köməyə möhtac olan uşaqların sayı 2000-ə çatır və Dar Əl-Tifel məktəbi yaranır. `Miral` fələstinli müəllif Rula Cəbrailin yazdığı kitaba əsasən rejissor Culian Şnebl tərəfindən çəkilmiş yeni filmdir. Film 1948-ci ildə İsrail dövləti yaranandan 1990-cı ilədək dörd fələstinli qadının həyatından bəhs edir. Film Dörd qadın, əsasən də Miralın başına gələnlərlə, İsrail və fələstinlilər arasında davam etməkdə olan münaqişəni göstərir.

Hind əl-Hüseyn varlı fələstinlidir. 1948-ci ildə o Qüdsdə valideyinləri münaqişədə həlak olmuş fələstinli qızlara sığınacaq təmin edir. Miral onlar arasında ən qabaqcılıdı. O, İsrailin işğalı altındakı Qərb Sahilində 80-ci və 90-cı illərdə, fələstinlilərin ilk üsyanı baş verən dövrdə bu məktəbdə böyüyür. Miral qiyamlara qoşulur və israil polisi tərəfindən saxlanır. Miral həbs edilərək işgəncəyə məruz qalır. Hadisə Rula Cəbrailin yazdığı yarı-avtobioqrafik romana əsaslanır. Rula Cəbrail həm də ssenarinin müəllifidir. O deyir ki, `Miral` İsrailin 1948-ci ildən fələstinlilərə etdiyi zülmlərin dəqiq təsviridir.

Rula Cebrail `Demək olmaz ki, bu baş verib və artıq keçmişdə qalıb. Bu hadisələr bu gün də baş verməkdədir. Miral artıq mən deyiləm, çün ki, mən köçmüşəm və yeni həyat qurmuşam. Miral indi hələ də orada əzab çəkən bir çox qızın həyatını əks etdirir. Onlar hələ də eyni zorakılıqlarla, zülmlərlə və irqçiliklə üzləşirlər, və mənim yeganə ümidim 1993-cü ildə bağlanmış sülh müqaviləsi idi, hansı ki, sonradan pozuldu.`

İsrail hökuməti film haqda heç bir şərh verməyib, lakin filmin premyerasının BMT-nin Baş Assambleysında keçirilməsi qərarına qarşı çıxıb. Film 1993-cü ildə Oslo Akkordsun fələstin dövləti qurmaq üçün yolla bitir. Filmdə məktəbin təsisçisi Hind əl-Hüseyn Mirala fələstin dövlətinin nə zamansa yaranacağını görəcəyini düşünmədiyini deyir. O doğurdanda bunu görmür.

XS
SM
MD
LG