Accessibility links

Yeni Hollivud Filmləri: `One Day` (video)

  • Amerikanın səsi

Yeni Hollivud Filmləri: `One Day` (video)

Yeni Hollivud Filmləri: `One Day` (video)

Onlar biri birini 20 ildir ki, tanıyırlar. İlk dəfə onlar kollecdə buraxılış gecəsində tanış olurlar. Bundan sonra hər il eyni vaxt, İyul ayının 15-i Ema və Dekster yenidən qarşılaşırlar. Ema restoranda ofisyant işləyir. Deksterin isə varlıdır, üstəlik onun karyerası daha uğurlu başlayıb.

Yeni Hollivud Filmləri: `One Day` (video)

Yeni Hollivud Filmləri: `One Day` (video)

O, televiziyada aparıcıdır və hamı onu sevir. Biri-birinə müəyyən dərəcədə bağlılıqları olmasına baxmayaraq onlar dost olmağa qərar verirlər. İllər ötür, Ema İan adlı bir nəfərlə görüşməyə başlayır. Amma çox keçmədən o, İandan ayrılır. Emanın dünyanı daha da yaxşı yerə çevirmə ambisiyası onu məktəb direktoru, daha sonra isə roman yazıçısı edir. Dekster isə həyat yoldaşından boşanır və içkiyə, narkotikaya qurşanır.

Sevgi, itki, uğur, uğursuzluq, arzuların sarsılması və arzuların yerinə yetməsi, peşmançılıq və tənhalıq nəhayət ki, onlara həyatı anlamağa kömək edir. Sonda Ema və Dekster axtardıqları və arzuladıqları insanın həyatları boyu yanlarında olduğunu başa düşürlər.

Film ingilis yazıçısı Deyvid Nikin eyni adlı romanına əsasən çəkilib. `One Day` filminin rejissoru Lon Şerfiqdir. Ema və Dekster rollarında En Hetevey və Cim Straqes çəkiliblər.

XS
SM
MD
LG