Accessibility links

Yeni Hollivud Filmləri: Rise of the Apes (video)


Yeni Hollivud Filmləri: Rise of the Apes (video)

Yeni Hollivud Filmləri: Rise of the Apes (video)

Görəsən heyvanlar üzərində tibbi eksperiment aparmaq insanlar üçün təhlükəli ola bilər?

Rise of the Apes

Dünya üzrə bütün laboratoriyalar insan irqininin düçar olduğu xəstəlikdən yaxa qurtarmağa çalışır. Gənc alim tarixdə ilk dəfə olaraq tibb sahəsində misilsiz kəşf üzərində işləyir. Üzərində tibbi experiment aparılan sınaq subyekti Sizar qəflətən dəyişməyə başlayanda alim onu zalım laboratoriya həkimlərinin əlindən qurtarmaq məqsədi ilə evinə gətirir.

Yaxşı xəbər odur ki, insanların həyatı dəyişəcək. Pis xəbər isə odur ki, Franko və şirkət kiçik bir səhvə yol verərək, yan təsiri nəzərdən qaçırıblar. İnsanlardan həmişə güclü və cəld olan heyvanlara verilən dərmanlar beyin funksiyasını artıraraq, onlara şüur bəxş edir. Filmin rejissoru Rupert Vaytdır. Baş rolda Ceyms Franko çəkilib. Sizar obrazını ingilis aktyoru Endi Serkis yaradıb.


XS
SM
MD
LG