Accessibility links

Yeni Hollivud Filmləri: “The Thing” (video)


Yeni Hollivud Filmləri: “The Thing” (video)
Yeni Hollivud Filmləri: “The Thing” (video)

Bir qrup Norvec və Amerika alimi Antarktidada buzların altında başqa planetdən gəlmiş naməlum bir fəza gəmisi aşkar edirlər. Alimlər onun içində qəza zamanı həlak olduğu ehtimal edilən bir meyit tapır. Onlar cəsədi tədqiq etmək üçün bazaya gətirir və burada onu buz əsirliyindən azad edirlər.

Yeni Hollivud Filmləri: “The Thing” (video)
Yeni Hollivud Filmləri: “The Thing” (video)

Lakin az sonra bazadakı alimlər bir-bir ölməyə başlayır. Məlum olur ki, başqa planetdən gəlmiş bu varlıq ona toxunan hər bir insanın cildinə girə bilir. Bu varlıq insanları bir-birinə qarşı qoymaq qüdrətinə malikdir. Beləliklə də o, alimlər arasında nifaq yaradır və onlar bir-bir azad etdikləri bu varlığın qurbanına çevrilirlər.

“The Thing” filminin rejissoru Matis van Heininqen, ssenari müləllifi isə Erik Heisererdir. Baş rollarda Meri Elizabet Vinsted, Coil Edqerton, Conatan Loyd Volker və başqaları çəkiliblər.

XS
SM
MD
LG