Accessibility links

Yeni Hollivud Filmləri: “Immortals” və “Jack and Jill” (video)


Yeni Hollivud Filmləri: “Immortals” və “Jack and Jill” (video)
Yeni Hollivud Filmləri: “Immortals” və “Jack and Jill” (video)

Tesey bəşəriyyəti məhv etmək istəyən Hipirian adlı zalım padşahla döyüşə başçılıq etmək üçün Zefs Allahı tərəfindən göndərilmiş bir insandır. Bəşəriyyətə müharibə elan edən Hipirian Ares adlı müharibəAllahının yaratdığı əfsanəvi Epirus oxunu axtarır. Bu silah ona Olimplərdən qisas almaq üçün lazımdır. Qədim qanunlara görə Allahlar Hipirian və bəşəriyyət arasında müharibədə tərəf seçə bilməzlər.

Yeni Hollivud Filmləri: “Immortals” və “Jack and Jill” (video)
Yeni Hollivud Filmləri: “Immortals” və “Jack and Jill” (video)

Klassik Yunan əsatirləri əsasında çəkilən bu filmin hazırlanmasında 3D texnologiyalardan istifadə edilib. Kino-film əvvəl “Dawn of War”“War of the Gods” adlandırılmış, lakin sonradan ona “Immortals” adı verilmişdir. Film bu gün Amerika kino-ekranlarına çıxır.

Fantastik macəra janrında çəkilmiş “Immortals” filminin rejissoru Tarsem Sinqdir. Baş rollarda Henri Kavil, Frida Pinto və Miki Rurk çəkiliblər.

“Immortals”

Cek Sadelstayn Los Ancelesdə uğurlu reklam müdirdir. Onun gözəl həyat yoldaşı və uşaqları var. Onlar ildə cəmi bir gündən qorxur. Bu da Şükran bayramıdır. Beləki o gün Cekin əkiz bacısı Cill onlara qonaq gəlir. Cilin daim ehtiyac içində olması və passiv, amma eyni zamanda aqressiv xasiyyəti Ceki özündən çıxarır və onun sakit həyat tərzini alt-üst edir.

Yeni Hollivud Filmləri: “Immortals” və “Jack and Jill” (video)
Yeni Hollivud Filmləri: “Immortals” və “Jack and Jill” (video)

“Jack and Jill” əsərinin müəllifi Ben Zukdur. Lakin sonra Adam Sandler “Seinfeld”“Saturday Night Live” komediya serilallarının ssenari müəllifi Stiv Koreni onunla bərabər orıjınal ssenari yazmağa dəvət edib. Onu da deyim ki, Cek and Cill rollarını Adam Sendler özü ifa edir.

Filmin rejissoru Denis Duqandır. Baş rollarda Adam Sandler, Keyti Holmes və Al Paçino çəkiliblər. Filmdə Al Paçino özünü oynayır.

“Jack and Jill”

XS
SM
MD
LG