Accessibility links

Yeni Hollivud Filmləri: “Young Adult” (audio)

  • Amerikanın səsi

Yeni Hollivud Filmləri: “Young Adult” (audio)

Yeni Hollivud Filmləri: “Young Adult” (audio)

2007-ci ildə hit olmuş “Juno” filminin yaradıcıları- ssenari müəllifi Diablo Kodi və rejissor Ceyson Reytmen komediya janrında yeni film üzərində işləmək üçün bir araya gəlir.

Mavis orta məktəbi bitirən kimi Minnesota ştatında doğulduğu kiçik şəhərdən köçüb, Minneapolis şəhərinə gəlir. Burada o, gənclər üçün roman yazan müvəffəqiyyətli yazıçı kimi şöhrət qazanır. Lakin onun gerçək həyatı yazdığı romantik fantaziyalaradan çox uzaqdır. Mavis orta məktəb illərinin şirin xatirələrini yenidən yaşamaq üçün geriyə, kiçik şəhərə dönür.

Barda rastlaşdığı keçmiş sinif yoldaşı Mettin xəbərdarlıqlarına baxmayaraq, Mavis öz mürəkkəb planını həyata keçirməyə başlayır. Lakin o, real həyatda xoşbəxt sonluğun yazdığı romanlardakı kimi asan olmadığını öyrənir. Ssenari müəllifi Diablo Kodi deyir ki, fantaziya ilə reallıq arasında uçurum filmin süjet xəttinin əsasını təşkil edir.

Diablo Kodi: “Mən özüm gənclər haqda yazılmış kitabları vaxtı ilə çox oxumuşam və o əsərlərdə təsvir edilən fantastik dünya məni çəkirdi. Həyatda əsas prioritetlərinin gerçəkləşə bilmədiyi kiminsə, əslində mümkün olmasa belə, bu fantastik dünyada yaşamaq istəməsi ideyası məni çox cəlb edirdi.”

Şarlız Teron ekranda Mavis kimi çılğın, tərbiyəsiz və kobud bir obraz yaradır. O deyir ki, Mavisin o xoşagəlməz cəhətləri ona maraqlı görünüb.

Şarlız Teron: “Mən Diablonun ssenarisini oxuyanda xoşuma gələn o oldu ki, hər bir qadının üzləşə biləcəyi bir problemi 16 yaşlı qız kimi həll etməsidir. Amma filmin qəhrəmanı həyatını qurmağa çalışan, amma bunu etmək üçün imkanlara malik olmayan 37 yaşlı qadındır. İnsanlar qadınların mübahisə etdiklərini gördükdə çaşıb qalırlar. Mənə elə gəlir ki, qadınların xassiyyətində kişilər qədər ziddiyyət var. Mən elə bir mühitində böyümüşəm ki, filmdə bunu yalnız kişilər göstərə bilir. Ciin Hakmen, Dastin Hofman , Robert DeNiro ekranda belə obrazlar yaradıblar. Mən bu obrazlarda özümü görürəm. Qadınların çox az hallarda belə mübahisəli xaraketlər yaratmaq imkanı olur.”

“Young Adult” filmində Patrik Vilson bir zamanlar məktəbdə ən yaraşıqlı oğlan obrazını yaradır.

XS
SM
MD
LG