Accessibility links

Yeni Hollivud Filmləri: `Zookeeper` (video)

  • Amerikanın səsi

Yeni Hollivud Filmləri: `Zookeeper` (video)

Yeni Hollivud Filmləri: `Zookeeper` (video)

Zookeeper filmində hadisələr Franklin heyvanxanasında cərəyan edir. Heyvanxananın işçisi Qrifin Keys heyavanların sevimlisidir. Özünü şirlərlə xanımlarla olduğundan daha rahat hiss edən Qrifin qərara gəlir ki, qadınlarla münasibət yaratmaq üçün o, heyvanxanadan getməli və daha prestijli iş tapmalıdır. Heyvanlar Qrifinin planından xəbər tutanda panikaya düşürlər və sükut kodunu pozub, böyük sirrin üstünü açırlar. Məlum olur ki, heyvanlar danışa bilir! Qriffini fikrindən daşındırmaq üçün heyvanlar ona qadınlara xoş gəlməyin yollarını öyrətmək istəyir, amma təbii ki, öz təcrübələri əsasında, yəni heyvanların üsulu ilə. Filmin rejissoru Frank Korasi, ssenari müəllifləri Cey Şerik və Deyvid Rondur. Baş rollarda Kevin Ceyms, Rosario Davson və Lesli Bii çəkiliblər. Filmdə ayını Con Fevrou, Donald adlı meymunu Adam Sandler, şiri isə Silvester Stalloni səsləndirir.

XS
SM
MD
LG