Accessibility links

Yeni Zelandiya və Avstraliyada 2014-cü ilin ilk anları atəşfəşanlıqla qeyd edilib.

Asiya-Sakit Okeanı regionunda böyük şəhərlərdə insanlar ictimai yerlərdə toplaşaraq, yeni ilin gəlişini musiqi, atəşfəşanlıq və şadyanalıqla qeyd edir.

Aukland şəhərində rəqqaslar küçədə rəqs edən zaman Səma Qülləsindən bayram atəşləri açılıb.

Avstraliyanın Sidney şəhərində bir milyondan çox insan on il ərzində ilk dəfə məşhur opera teatrının binası üzərindən göyə yüksələn atəşfəşanlığı izləyib.

Moskva, London və Nyu-York kimi böyük şəhərlərdə Yeni İl mərasimləri təntənə ilə qeyd edilir. Nyu-York şəhərində gecə qaranlığında nəhəng şarın enməsini izləmək üçün təxminən bir milyon insanın Times meydanında toplaşacağı gözlənilir.

Dubay şəhərində dünyanın ən böyük atəşfəşanlığının keçiriləcəyi gözlənilir.

Yaponiyada bir çox insan 2014-cü ilin uğurlu olması üçün əriştə, dəniz məhsulları yeyir və Buddist məbədlərdə dualar edir.

Filippində isə Yeni il şənlikləri uğursuz başlayıb. Rəsmilər bayram ərəfəsində atəşfəşanlıq zamanı 260 nəfərin yaralandığını bildirib.

Noyabrda minlərlə insanın həyatına son qoyan Haiyan qasırğasından zərər çəkmiş ərazilərdə də bayram əhval-ruhiyyəsi müşahidə edilməyib.
XS
SM
MD
LG