Accessibility links

Nyu-York Yeni İli belə qarşıladı [Fotoqalereya]


Yeni ilin ən böyük qeyd edildiyi Nyu-York şəhərində konfettilər səmada uçub, atəşfəşanlıq isə şəhərin qaranlıq gecəsinə aydınlıq gətirib.

Çoxu üzərində 2016 yazılan eynəklərlə və bənövşəyi papaqlarla olan bir milyona yaxın insan Nyu-Yorkun Times Meydanına toplaşaraq yeni ilin gəlişini qarşılayıb.

Yeni ilə bir neçə saniyə qalmış ənənəvi kristal top şəhərin səmalarına qalxmamışdan əvvək britaniyalı vokalçı Jessie J Con Lennonun "Imagine" mahnısını ifa edib.

Yeni ilin ən böyük qeyd edildiyi Nyu-York şəhərində konfettilər səmada uçub, atəşfəşanlıq isə şəhərin qaranlıq gecəsinə aydınlıq gətirib. Daha sonra Frank Sinatranın Nyu-York, Rey Çarlsın Amerika və Lui Armstrongun "Wonderful World" mahnıları səsləndirilib.

Yeni İldə mümkün terror təhdidlərinə görə dünyanın böyük şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib. Buraya Yeni il gecəsi bir milyona qədər insanın toplaşdığı Times Meydanı da daxildir. Meydanda təhlükəsizlik 6 mindən çox polis işçisi təmin edib.

Bəzi polis zabitləri tüfəng və radioasiya qeydə ala bilən cihazlar və təhlükəsizlik itləri ilə əraziyə nəzarət edib.

Yeni İl ABŞ-ın şərq sahilində qeyd edilən müddətdə heç bir qeyri-adi hadisə qeydə alınmayıb.

Show comments

XS
SM
MD
LG