Accessibility links

Azərbaycan İslam Partiyası Yeni il şənliyi keçirməməyə çağırır


chirstmas

chirstmas

Qafqaz Müsəlmanları İdarəsi bu çağırışı şərh etməyib

Azərbaycan İslam Partiyası Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə müraciət edib.

Müraciətdə bildirilib ki, dekabrın 31-i İslam peyğəmbəri həzrət Məhəmmədin vəfatı, həmçinin İmam Həsənin şəhadəti günüdür. Eyni zamanda həmin tarix miladi təqvimi ilə yeni il axşamıdır.

“Hesab edirik ki, Peyğəmbərin vəfatı gününü ümumxalq anım günü kimi keçirmək vacib məsələdir. Həmin gün televiziya kanallarında bayram şouları məhdudlaşdırılmalı, ilahiyyatçı alimlərin moizə və söhbətlərinə geniş yer ayrılmalıdır”, - müraciətdə deyilir.

Qafqaz Müsəlmanları İdarəsi bu çağırışı şərh etməyib.
XS
SM
MD
LG