Accessibility links

Dünyanın ən çox smartfon istehsal edən şirkəti - Samsung bildirir ki, şirkətin üçüncü rübdəki gəlirləri son üç ildə ən aşağı səviyyəyə enib.

Samsung-un bu gün yaydığı bəyanatda açıqladığına görə, sentyabr ayının son həftəsinin gəlirləri 3.8 milyard dollar təşkil edib. Bu isə keçən ilin eyni vaxtı ilə müqayisədə 60 faiz azdır.

Ümumilikdə üçüncü rübdə də satışlar 20 faiz düşərək 44,2 dollar təşkil edib.

Samsung Apple-ın yeni böyük ekranlı iPhone-ları, eləcə də Çinin HuaweiLenovo kimi ucuz smartfon istehsalçıları ilə rəqabətə tab gətirməkdə çətinlik çəkir.

Cənubi Koreya şirkəti olan Samsung deyib ki, mobil telefon ticarətində qeyri- müəyyənliyin davam edəcəyi gözlənilsə də, yeni smartfonlarla satışların artacağına ümid edir.

XS
SM
MD
LG