Accessibility links

Trampın ilk ayında açılan yeni iş yerlərinin sayı gözləniləndən daha çox olub [Video]


Trampın ilk ayında açılan yeni iş yerlərinin sayı gözləniləndən daha çox olub
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Prezident seçilməkdən öncə Donald Tramp aylıq məşğulluq hesabatındakı rəqəmləri “saxta” adlandırırdı.

“Xeyli sayda insan işsizdir. Hamımız bilirik ki, rəsmi rəqəmlər uydurmadır.”

Amma, yeni hesabatdakı müsbət artımdan sonra yeni administrasiyanın yanaşması fərqli oldu. Ağ Evin sözçüsü Şon Spayser yeni göstəricini belə şərh etdi:

“Bəli. Mən prezidentlə bu barədə danışdım və o mənə bildirdi ki, keçmişdə bu rəqəmlər saxta olsa da, indiki rəqəmlər tam həqiqəti əks etdirir.”

Halbuki, yeni iş yerləri istehlakçılar üçün necə nəticə verəcəyi proqnozu o qədər də ürəkaçan deyil. İqtisadçıların fikrincə, yüksək kredit faizləri ehtimalı 34 faizdən 100 faizə artıb. Bu isə Federal Ehtiyyat Sisteminin növbəti həftə keçiriləcək toplantısı ərəfəsində müsbət bir əlamət deyil.

“Əlbəttə. Bu Federal Ehtiyyat Sisteminin səbirsizliklə gözlədiyi bir göstəricidir.”

“Əlbəttə. Bu Federal Ehtiyyat Sisteminin səbirsizliklə gözlədiyi bir göstəricidir.”

Maliyyəçi Qus Foşe hesab edir ki, nəticədə alıcılar üçün kredit dərəcələrinin artımı baş tuta bilər.

“Amma, düşünmürəm ki, bu ciddi bir artım olacaq. İqtisadiyyatın möhkəmliyi, yeni iş yerləri və maaşların artımı fonunda kredit faizlərinin artımı alıcılar üçün mühüm olacağına inanmıram.”

Mütləq məşğulluğa yaxın bir iqtisadiyyat hər bir insanın asanlıqla iş tapa bilməsi deməkdir. Bu vəziyyətdə iqtisadiyyat üçün çətinlik kifayət edəcək sayda uyğun bacarıqlara sahib işçi qüvvəsinin olmasıdır. “Moody” maliyyə şirkətinin nümayəndəsi Mark Zandi düşünür ki, mütləq məşğulluğu davamlı saxlamaq üçün immiqrantlara ehtiyac olacaq.

“Əslində işçi qüvvəsindəki artımın yarısı immiqrantların hesabına baş verib. Bu səbəbdən, əgər biz immiqrasiyanı sərtləşdirsək işçi qüvvəsindəki artım zəifləyəcək. İşçi qüvvəsinin kiçilməsi isə məşğulluğun da azalması deməkdir.”

“Əslində işçi qüvvəsindəki artımın yarısı immiqrantların hesabına baş verib. Bu səbəbdən, əgər biz immiqrasiyanı sərtləşdirsək işçi qüvvəsindəki artım zəifləyəcək. İşçi qüvvəsinin kiçilməsi isə məşğulluğun da azalması deməkdir.”

Digər tərəfdən işçi qüvvəsinin kiçilməsi maaşların artımı ilə nəticələnə bilər. Məhdud əmək bazarında şirkətlər işçi cəlb etmək üçün əmək haqlarını artırmalı olacaqlar. Məşğulluq ilə bağlı yeni hesabatda bunun əlamətləri var. Keçən il ilə müqayisədə maaşlar 2.8 faiz artıb. İqtisadçılar bu artım meylinin davam edəcəyi qənaətindədirlər.

XS
SM
MD
LG