Accessibility links

Luiziana ştatının Yeni Orlean şəhər polisi bu həftənin əvvəli parad zamanı güllə açaraq, 19 nəfəri yaralamaqda şübhəli bilinən şəxsi həbs edib.

Polis şöbəsinin sözçüsü 19 yaşlı Akein Skottun dünən gecə Yeni Orlean şəhərində həbs edildiyini deyib. `Analar Günü`-nə həsr edilmiş parad zamanı gizli kamera ilə çəkilmiş görüntülərdə kütlənin vahimə içində güllə atan şəxsdən qaçdığı nümayiş etdirilir. Ağ köynək və qara şalvar geymiş şəxsin kütləyə atəş açdıqdan sonra qaçaraq uzaqlaşdığı göstərilir.

Polisin sözlərinə görə, Skotta qarşı əvvəllər qanunsuz silah və narkotik maddələr saxlamaq, həmçinin həbs zamanı polisə müqavimət göstərmək də daxil olmaqla bir neçə cinayət işi qaldırılıb.

Hücum zamanı üç nəfər ciddi xəsarət alıb. Onlar hal-hazırda xəstəxanadadır. Hadisə zamanı xəsarət almış iki uşaq müalicə edildikdən sonra xəstəxanadan çıxıb.
XS
SM
MD
LG