Accessibility links

Yeni Papa nə üçün Fransis adını seçib?


Yeni seçilmiş Roma Papası Fransis deyir ki, o, kilsəni yoxsul görmək və belə bir kilsəyə rəhbərlik etmək istərdi.

Papa bu gün Vatikan şəhərində yüzlərlə jurnalist qarşısında açıqlama verib. Papa Fransis yoxsul deyərkən, maliyyə baxımdan yoxsulluğu deyil, sadəliyi nəzərdə tutub.

76 yaşlı pontif həmçinin Fransis adını nə üçün seçdiyinə aydınlıq gətirib.

O deyib ki, Papa seçilərkən dostu Braziliyalı Kardinal Klaudio Hammes ona sadəliyi unutmasını xahiş edib. Yeni papanın sözlərinə görə, bu xahiş ona sülh və sadəlik simvolu olan Müqəddəs Fransis Assisini xatırladıb.

Argentinadan olan Papa Fransis Latın Amerikasından seçilən ilk Papadır.
XS
SM
MD
LG