Accessibility links

Elm

Yeni rəqəmsal valyuta - "Bitcoin" [Video]


Dünyada təxminən 1700 biznes şirkəti hazırda Bitkoynu qəbul edir. Şifrələnmiş elektron pul maliyyə şirkətləri tərəfindən ənənəvi valyutalar kimi satilir, alinir və transfer olunur.

Sövdələşmələr heç bir üçüncü şəxs və ya dövlət təşkilatının iştirakı olmadan yerinə yetirilir.

Texnologiya sahəsində qanunlar üzrə ekspert Cerri Brito deyir ki, bu, Bitkoynu dünyada ilk mərkəzləşdirilməmiş rəqəmsal valyuta edir.

Cerri Britto: Bitkoyn kompüter elmindəki problem həll edib. İlk dəfə iki insan arasında internet vasitəsilə tranzaksiya həyata keçirməsinə imkan yaradıb. O səbəbdən buna mərkəzləşdirilməmiş deyirlər. Bitkoyn adlı nə şirkət var, nə də dövlət təşkilatı. Bunu emailə bənzətmək olar.

Bu, sistemə pullarını gizli transfer etmək istəyən cinayətkarları cəlb edir. Ancaq ABŞ hüquq-mühafizə orqanları onlayn qara bazarlardan birini bağlayıb.
Bitkoyn Fondunun Tənzimləyici İşlər KOMİTƏSİnin rəhbəri Marko Santori bütün Bitkoyn tranzaksiyalarının digər kompyuterlərdən görülə biləcəyini vurğulayır.

Fakt budur ki, Bitkoyn sərt şəkildə tənzimlənir. Bitkoynu digər rəqəmsal valyutalarla və ya dollarla dəyişdirmək istəyən insanlar Bank Təhlükəsizlik Sazişi altında fəaliyyət göstərən pul ötürücüləridir, Marco Santori deyir.

Sistemin etibarlılığı bütün sistemdəki Bitkoynların sayı hesablandığı təqdirdə mümkündür. Tranzaksiyaları monitor və təsdiqləyən kompyuter istifadəçiləri yeni Bitkoynla mükafatlandırılır və beləliklə əlavə vəsait sistemə daxil olur, deyə Brito bildirir.

O deyir ki, hər 10 dəqiqədə 25.5 bitkoyn iqtisadiyyata daxil olur və bu kortəbbi şəkildə kompüterin imkanlarını genişləndirir.

Birləşmiş Ştatlar, Almanya və digər bir çox hökumətlər rəqəmsal valyutanı qəbul edir, baxmayaraq ki, bəzi rəsmilər bunun böyük nəzarət tələb etdiyini deyir. Çin bankların Bitkoyn işlətməsinə qadağa qoysa da, bizneslərinə onun istifadəsinə icazə verir.

Marco Santori: Onlar hər zaman dollar göndərmək məcburiyyətində deyil. Onlar Bitkoyn də göndərə bilər.

2009-cu ildən istifadəyə verildikdən bəri Bitkoynun dəyəri 1 sentdən 1000 dollara qədər qalxıb. Şirkətlərin çoxu xidmətləri və malları üçün tədricən Bitkoynu qəbul edir və istehlakçıların çoxu ondan istifadə etməyə başlayıb. Virtual valyuta getdikcə qlobal maliyyə səhnəsində real oyunçuya çevrilir.
XS
SM
MD
LG