Accessibility links

Yeni İran filmi "A Separation" (video)

  • Amerikanın səsi

Yeni İran filmi "A Separation" (video)

Yeni İran filmi "A Separation" (video)

Film məhkəmə zalında bank işçisi Nadirlə ondan ayrılmaq istəyən həyat yoldaşı həkim Siminin hakim qarşısında görüntülərlə başlayır. Simin ərini ölkədən getməyə razı sala bilmədiyi üçün ərindən boşanmaq istəyir. Nadir Alzaymer xəstəliyindən əziyyət çəkən atasını tək qoymamaq üçün ölkədən getmək istəmir.

Nadir Siminlə hakim qarşısında əsəbi mübahisə aparır. Hakim ekranın arxasındadır. Yəni ekrana baxdıqda elə təəssürat yaranır ki, hakim tamaşaçıdır.

Baxmayaraq ki, hakim boşanma qərarı çıxarmır, Nadirlə Simin qeyri-formal ayrılığa razı olurlar. Simin olmadıqda Nadir atasına baxmaq üçün bir qadını işə götürür. Qadınının diqqətsizliyi ucbatından Nadirin xəstə atası az qala ölümlə nəticələnən qəzaya uğrayır və Nadir qadınla mübahisə edir.

Yeni İran filmi "A Separation" (video)

Yeni İran filmi "A Separation" (video)

Mübahisə vüsət alır və Nadir qadını itələyir.

Qadın hamilə olduğunu və Nadirin onu itələməsinin nəticəsində uşağını itirdiyinə görə onu məhkəməyə verir. Nadir qadının hamilə olduğundan xəbərsiz olduğunu deyir.

Filmdə gözü qarşısında həyatının get-gedə dağıldığını izləyən ləyaqətli lakin inadkar Nadir obrazını Peymen Moaadi yaradıb.

Filmin rejissorunun qızı Sarina Fərhadi ailəsini dağılmaqdan qorumaq xatirinə yalan danışan Nadirlə Siminin 11 yaşlı qızı məsum Termeh obrazını yaradıb.

Rejissor Əsgər Fərhadinin çəkdiyi bu dramatik filmdə yalan günah sayılan ədalətsiz məhkəmə, dinə əsaslanan etika və səfalətə baş əyməyə məcbur olan bir cəmiyyətdən bəhs edilir.

XS
SM
MD
LG