Accessibility links

Rəy sorğuları Vladimir Putinin prezident seçkilərində qalib gələcəyini göstərir

  • Amerikanın səsi

Rəy sorğuları Vladimir Putinin prezident seçkilərində qalib gələcəyini göstərir

Rəy sorğuları Vladimir Putinin prezident seçkilərində qalib gələcəyini göstərir

Rusiyada keçirilən rəy sorğularının nəticələri baş nazir Vladimir Putinin üçüncü dəfə prezident seçkilərində qələbə çalacağının gözlənildiyini göstərib. Levada mərkəzinin keçirdiyi sorğuya görə, gələn ay keçiriləcək prezident seçkilərində cənab Putin 66 faizə qədər səs toplaya bilər.

Sorğunun nəticələri Putinin Moskvanın Lujniki stadionunda tərəfdarları qarşısında Vahid Rusiyanın mart ayının dördü keçiriləcək seçkilərdə qələbə çalacağını deməsindən bir gün sonraya təsadüf edib. Tədbirdən əvvəl cənab Putinin tərəfdarları baş nazirin əleyhinə keçirilən bir neçə etiraz aksiyasına cavab olaraq, Moskva küçələrində yürüş keçirib.

XS
SM
MD
LG