Accessibility links

Münaqişə zonalarının gəncləri yeni birgə sayt yaradır


Sülh_logo
Sülh_logo

5 dildə yaradılacaq “Sülh qurucuları şəbəkəsi” saytına sülhlə bağlı videolar yerləşdiriləcək

Azərbaycan Avropa hərəkatı “İnam toxumları” adlı yeni layihənin icrasına start verib. Layihənin məqsədi Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin münaqişə zonalarının gəncləri arasında əlaqələr qurulmasına yardım etməkdir.

Layihə ABŞ-ın German Marşall Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihə çərçivəsində sentyabrın ortalarında Batumidə hər bir ölkədən 4 nəfər olmaqla, 16 gənc üçün “İnam yaratmaq nədir” və “İnam yaratmağın fərqli aspektləri və yenidən paylaşmanın öyrənilməsi mövzularında treninqlər keçiriləcək. Treninqlər Avropadan dəvət edilmiş peşəkar ekspertlər tərəfindən keçiriləcək və 2 gün davam edəcək. Bu barədə Turan agentliyinə Azərbaycan Avropa Hərəkatının mətbuat xidmətindən bildiriblər.

Sonradan Batumidə treninq keçmiş şəxslər ölkələrinin münaqişə zonalarında müxtəlif seminarlar keçirəcək və biliklərini paylaşacaq, habelə qısametrajlı video çarxlar hazırlayacaqlar.

Daha sonra layihə çərçivəsində 5 dildə yaradılacaq “Sülh qurucuları şəbəkəsi” saytının təqdimatı keçiriləcək. Təqdimatlar eyni gündə və eyni saatda Azərbaycanda Xəzər dənizində, Gürcüstanda Qara dənizdə, İstanbulda Bosfor Boğazında və Ermənistanda Sevan (Göyçə) gölündə keçiriləcək. Yaradılacaq saytda sülhlə bağlı videolar yerləşdiriləcək

Azərbaycan Avropa Hərəkatının tərəfdaşları Ermənistan və Türkiyənin analoji hərəkatları, habelə Gürcüstanın “Yeni Avropa Məktəbi” QHT-si olacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG