Accessibility links

Hakerliyə hücumlarına davamlı səsvermə aparatları [Video]


Bu seçki günü bir çox amerikalı səsvermə aparatı vasitəsilə səs verəcək. Ekspertlər bu avadanlıqlara müdaxilə etməyin çox asan olduğunu deyir. Rusiyalı kiber-hücumçular səsverməyə təsir göstərməyə çalışmaqda ittiham olunduğu bir vaxt, bir çoxları seçicilərin səsini qeydiyyata alan aparatların yenidən yoxlanılıb, təkmilləşdirilməsinə çağırır.

Kriptoqrafiyada bəzi gözəl fəndlər var. Amma əgər kriptoqrafiyaya etibar etmirsinizsə, problem deyil, çünki yanında qutuya ata biləcəyiniz çap edilmiş seçki bülletenləri olacaq.

Seçicilər növbəti dəfə səs verəndə buna bənzər aparatdan istifadə edə bilərlər:

"Bu, araşdırma prototipidir, həqiqisi isə ucuz, boyalı fanerdən hazırlanmayacaq," deyə Dan Vollik, Rays Universitetinin kompyuter elmləri professoru, bildirir.

O, tamamilə yeni səsvermə aparatı hazırlayır. O deyir ki, hazırda istifadə olunan sistemlərin çoxu haker təhlükəsinə açıqdır:

"B planı olmayan kağızsız elektron səsvermə aparatlarına müdaxilə olunanda, bu, ciddi narahatlıqlara səbəb olur."

Lakin bir çox yerli hakimiyyətin bu avadanlıqları dəyişməyə maddi imkanı yoxdur.

Bu səbəbdən də, Vollik və həmkarları sistemlərini ucuz, asanlıqla əldə olunan hissələrdən hazırlayır.

"Bu, printer və planşetdir. Bunların ikisini də mağazalardan almaq olar," Vollik bildirir.

Seçicilər seçimlərini planşetdə edir. Səslər yüksək dərəcədə təkmilləşdirilmiş kriptoqrafiya ilə qorunur.

"Kriptoqrafiyada bəzi gözəl fəndlər var. Amma əgər kriptoqrafiyaya etibar etmirsinizsə, problem deyil, çünki yanında qutuya ata biləcəyiniz çap edilmiş seçki bülletenləri olacaq."

Seçicilər kompyuterdə seçdikləri namizədi görür və ondan sonra seçki bülleteni qutuya göndərilir. Bundan sonra səs verilmiş hesab olunur.

Elektron səslərlə bağlı suallar və ya şübhələr olduğu hallar üçün ehtiyat olaraq kağız bülletenlər olacaq.

Seçki sisteminin nə dərəcədə təhlükəsiz olduğu fərq etmir. Əgər seçicilər bu sistemdən asanlıqla istifadə edib, səs verə bilmirlərsə, onda təhlükəsizlik mübahisəli məsələdir.

Vollikin həmkarı Klaudiya Ziqler Asimian deyir ki, burada mühüm olan təkcə təhlükəsizlik məsələsi deyil.

"Seçki sisteminin nə dərəcədə təhlükəsiz olduğu fərq etmir. Əgər seçicilər bu sistemdən asanlıqla istifadə edib, səs verə bilmirlərsə, onda təhlükəsizlik mübahisəli məsələdir."

Nəticədə isə STAR-vote yaranır: təhlükəsiz, şəffaf, təftiş oluna bilən və etibarlı səsvermə sistemi.

Vollik deyir ki, bu sistem hazırkı aparatların yarı dəyərinə daha çox təhlükəsizlik təmin edəcək.

STAR-Vote bu seçkiyə qədər hazır olmayacaq. Amma komanda aparatı 2018-ci il seçkilərində seçki məntəqələrinə yerləşdirməyi ümid edir.

XS
SM
MD
LG