Accessibility links

Federal məhkəmə Trampın yeni səyahət qadağası ilə bağlı qərar verəcək


Havay Trampın altı müsəlman ölkəsi vətəndaşları üçün yenilənmiş səyahət qadağısı ilə bağlı məhkəməyə müraciət edən ilk ştat oldu.

Çərşənbə günü Havay adalarını təmsil edən hüquqşünaslar yeni sərəncamım ştatın müsəlman icması, turizm və xarici tələbələrə mənfi təsir edəcəyini əsas gətirərək federal məhkəməyə müraciət edib.

Ştatın Baş Prokuroru Daq Çin bildirir ki, bu sərəncam insanların milli və dini mənsubiyyətinə görə ayrı-seçkiliyinə yol açır.

Havay ştatının Baş Prokuroru Daq Çin
Havay ştatının Baş Prokuroru Daq Çin

“1965-ci ildə Konqres insanların milliyətinə görə diskriminasiya edilməməsi qərarı verib. Bu, xüsusilə immiqrasiya prosesinə şamil edilir. Yeni qadağa ilə bağlı problem odur ki, o, bizi 1965-ci ildən öncəki dövrə aparır. Sərəncamda deyilir ki, siyahıda olan altı ölkədən gələn hər bir şəxsin terrorist olma ehtimalı var. Bu, düzgün yanaşma deyil.”

Prezident Tramp İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının növbəti üç ay ərzində ABŞ-a daxil olmasını qadağan edən yeni sərəncamı bazar ertəsi imzalayıb. Bu sərəncam həm də qaçqınların yerləşdirilməsi proqramını da dayandıracaq. Qadağa yanvarın 22-dən öncə viza alanlara və “qrin kart” sahiblərinə şamil edilmir.

Federal hakim yeni qadağa işinə sərəncam qüvvəyə minməli olduğu tarixdən bir gün öncə, martın 15-i baxacaq.

Trampın səyahət qadağası ilə bağlı ilk sərəncamı aeroportlarda geniş çaşqınlıq yaratdıqdan sonra federal məhkəmə tərəfindən müvəqqəti olaraq dayandırılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG