Accessibility links

Yeni Yaşma Külək Parkı istifadəyə verilib


Yeni Yaşma Külək Parkı

Yeni Yaşma Külək Parkı

Mayın 28-də Xızı rayonundakı Yeni Yaşma Külək Parkının (Bakıdan 60 kilometr şimal) 2,5 meqavatlıq bir külək turbini istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, layihə gücü 50 meqavat olan külək parkındakı bütün stansiya Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən tam sınaqdan keçirilib.

Böyük miqyaslı bu layihənin ilkin olaraq işlək vəziyyətə gətirilən külək turbini külək enerjisindən elektrik enerjisi istehsal edərək ümumi elektrik şəbəkəsinə ötürməyə başlayıb. Qısa müddətə külək parkı tam gücü ilə respublikanın ümumi enerji şəbəkəsinə qoşulacaq.

Ötən il ərzində ölkədə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə 1,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub ki, nəticədə 500 milyon kubmetr qaza qənaət edilib.

XS
SM
MD
LG