Accessibility links

Yeni Zelandiya dalğıcı balinanı xilas edib


Yeni Zelandiya dalğıcı balinanı xilas edib
Yeni Zelandiya dalğıcı balinanı xilas edib

Yeni Zelandiyada dalğıc orka adlanan balinanı balıqçıların torundan xilas edib.

Media xəbər verir ki, balina Koromandel yarımadası sahillərinə yaxın sularda ipə ilişib.

Dalğıc Ris Kokran deyir ki, balina onun ipi kəsməsinə mane olmayıb və ip kəsildikdən sonra dərhal üzüb gedib. Onun sözlərinə görə başqa balinalar kənardan bu səhnəni seyr ediblər.

Yeni Zelandiyada orka üzrə ekspert İnqrid Visser Kokranın öz təcrübəsini lentə aldığı videoya baxıb. Visserin sözlərinə görə balinalar kifayət qədər ağıllıdırlar və onlara kömək edəndə bunu anlayırlar.

XS
SM
MD
LG