Accessibility links

Yeni Zelandiya sensasiyaya imza atdı


Yeni Zelandiya sensasiyaya imza atdı
Yeni Zelandiya sensasiyaya imza atdı

Son dünya çempionları Okeaniya təmsilçisini məğlub edə bilmədi

Yeni Zellandiya yığması İtaliya millisi ilə 1-1 hesabı ilə bərabərə qalaraq son dünya çempionatının qaliblərini şoka salıblar. F qrupunda keçirilən digər oyunda isə Paraqvay Slovakiyanı 2-0 hesabı ilə məğlub edib. Bu ilki dünya çempionatının bəlkə də ən sessasiyalı hesabının qeydə alındığı maçtda ilk olaraq hesabı 7-ci dəqiqədə Yeni Zelandiyalı Şeyn Smeltz açıb. 27-ci dəqiqədə italiyalılar Rikardo Montolivonun zərbəsindən sonra qol vurmağa yağın olsa da, top qapı tirindən geri dönüb. Ancaq bərabərlik qolu özünü çox gözlətməyib. İki dəqiqə sonra Yeni Zelandiyanın çərimə meydançasında Daniele de Rossinin qarşısı kobudluqla alındığından hakim penalti nöqtəsini göstərib. Zərbəni yerinə yetirən Vinsenzo İaquinta bərabərliyi bərpa edib. Maçtda başqa qol olmayıb. 2-0 hesabı ilə bitən Parayvay-Slovakiya matçında isə Enrike Vera və Kristian Riveros fərqlənib. Günün son oyunu G qrupu çərçivəsində keçiriləcək və Braziliya yığması Fil Dişi Sahilini sınağa çəkəcək.

XS
SM
MD
LG