Accessibility links

Yeni Zelandiyada zəlzələ nəticəsində iki nəfər həyatını itirib


Yeni Zelandiya rəsmiləri ölkənin Cənub Adasının ən böyük şəhəri Kraystçörçdən 90 kilometr uzaqlıqda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində iki nəfərin öldüyünü təsdiq edib.

Zəlzələ nəticəsində episentrdən 200 kilometr uzaqlıqda yerləşən paytaxt Vellinqtonda binalara zərər dəyib.

Tsunami xəbərdarlığı yayılandan sonra Yeni Zelandiyanın sahilyanı bölgəsinin minlərlə sakini evlərini tərk edərək yüksəkliklərə çıxıb.

Baş nazir Con Ki zəlzələnin vutduğu zərərin azı bir neçə milyard dollar olacağını təxmin etdiyini deyib.

Zəlzələnin səbəb olduğu torpaq sürüşməsi əvvəlcə Klarens çayının axınının qarşısını alıb, lakin sonradan su yenidən güclü təzyiqlə güclü təzyiqlə axmağa başlayanda insanlar sahildən yüksəkliklərə qaçmalı olub. yerlərə qaçmağa.

2011-ci ildə Yeni Zelandiyada baş vermiş 6,3 bal gücündə zəlzələ nəticəsində 185 nəfər həyatını itirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG