Accessibility links

Yeni Zelandiya zəlzələsində ölənlərin sayı 100-ü ötüb


Yeni Zelandiya zəlzələsində ölənlərin sayı 100-ü ötüb
Yeni Zelandiya zəlzələsində ölənlərin sayı 100-ü ötüb

Yeni Zelandiyada baş vermiş zəlzələdə həlak olanların sayı 100-ü ötüb. Xilasedicilər 6.3 bal gücündə zəlzələdən sağ qurtulanların tapılma şanslaraının tədricən azaldığını xəbər verirlər.

Rəsmilər deyirlər ki, zəlzələnin ən çox dağıntıya məruz qoyduğu Christchurch şəhərində 113 nəfər həlak olmuş, 200 nəfər itkin düşmüşdür. Çərşənbə günündən bəri dağıntılar altından heç kəs sağ çıxarılmayılb.

Lakin xilasedicilər xüsusi təlim keçmiş itlərdən istifadə edərək möcüzə ilə qarşılaşacaqlarına və sağ qalan adam tapacaqlarına ümid edirlər. Yeni Zelandiyaya gəlmiş beynəlxalq xilasedici dəstələr arasında Avstraliya, Kanada, Yaponiya və Birləşmiş Ştatlara məxsus heyətlər var.

XS
SM
MD
LG