Accessibility links

Yeni Zelandiyada güclü zəlzələ


Yeni Zelandiyada güclü zəlzələ
Yeni Zelandiyada güclü zəlzələ

6.3 bal gücündə yeraltı təkan ən azı 65 nəfərin ölməsi ilə nəticələnib

Yeni Zelandiyanın Çristçörç şəhərində baş verən güclü zəlzələ nəticəsində çoxsaylı hündür bina uçub, 65-dən çox insan həlak olub.

Yanğınsöndürmə və xilas dəstələri deyir ki, yaralıları sağaltmaqla və dağıntılar altında qalan digər insanları axtarmaqla məşğul olan xilasedicilərin ehtiyatları tükənmək üzrədir. Yanğını söndürmək üçün vertolyotlardan istifadə olunduğu, hündürmərtəbəli binaların yuxarı mərtəbələrindəki ofislərdən insanları xilas etmək üçün isə əraziyə kran gətirildiyi bildirilir. Baş nazir Con Kinin sözlərinə görə, ölənlərin sayının artması ehtimalı var.

Rixter şkalası ilə 6.3 bal gücündə olan zəlzələnin Çristçörç Kilsəsi daxil olmaqla binaları dağıtdığı məlumat verilir.

XS
SM
MD
LG