Accessibility links

Yeni Müsavat qəzeti 50 min manat cərimələnib


Yeni Müsavat qəzeti
Yeni Müsavat qəzeti

Qəzetə qarşı iddianı “Gilan” konserv zavodu qaldırıb. Ali Məhkəmə 50 min cərimə qərarını qüvvədə saxlayıb

Aprelin 3-də Ali Məhkəmə “Yeni Müsavat” qəzetinin “Gilan” konserv zavodunun məhkəmə iddiasına qarşı kasasiya şikayətinə baxıb. Hakim Zakir Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə əvvəlki instansiyaların çıxardığı 50 min manatlıq cərimə qərarını qüvvədə saxlayıb. Hakim tərəfləri qısa şəkildə dinləyib və yekunda qərarı dəyişməyib.

“Yeni Müsavat”ın qəzetinin hüquqşünası Vaqif Hüseyn qəzetə bildirib ki, məhkəmənin çıxardığı cərimənin məbləği ağlabatan olmalıdır.

“Kasasiya şikayətinə baxıldı. Hakim tərəfləri qısa dinlədi və öz pleniumun çıxardığı qərarı qüvvədə saxladı. Halbuki, Ali Məhkəmənin 2008-ci il, 8 noyabr tarixli qərarında deyilir ki, cərimələr tətbiq edilərkən bunu cərimələnən tərəfin ödəyə bilməsi nəzərə alınmalıdır. Azərbaycan reallığında hətta kommersiya şirkəti 50 min manat cəriməni ödəyə bilmir, nəinki bir qəzet”. V.Hüseyn bundan sonra qərardan Avropa
Məhkəməsinə şikayət olunacağını qeyd edib.

Bununla da daha bir nazir “Yeni Müsavat” qəzetini ağır məbləğdə cərimələtdirib.
“Yeni Müsavat” qəzeti yazır ki, “Gilan” zavodunun fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. Qəzetə qarşı iddia “Jalə” şirələri ilə bağlıdır.

Belə ki, 2009-cu ilin aprelində “Yeni Müsavat”da dərc olunmuş “JALƏ 100 FAİZ TƏHLÜKƏLİ ŞİRƏDİR” başlıqlı yazı qəzetin məhkəməyə verilməsinə səbəb olub. “Gilan”" zavodu bunun və digər uyğun materialların zavodun işgüzar nüfuzuna xələl gətirdiyini düşünür.
XS
SM
MD
LG