Accessibility links

Yeni Müsavat qəzetinin müxbirləri zorakılığa məruz qalıb [Video]


Yeni Müsavatın hücuma məruz qalan müxbiri (Foto musavat.com saytınındır)
Yeni Müsavatın hücuma məruz qalan müxbiri (Foto musavat.com saytınındır)

Baş redaktor daxili işlər nazirinə müraciət edib

Yeni Müsavat qəzetinin müxbiri Məhəmməd Türkmən və digər əməkdaşları Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində zorakılığa məruz qalıb.

Musavat.com saytının məlumatına görə, hadisə yerli sakin Elxan Qaraxanovun evində söküntü işləri zamanı baş verib. "Tornado" şirkətinin mühafizəçiləri jurnalistə hücum çəkib.

“Jurnalist olduğumuzu, təmsil etdiyimiz media orqanının adını deyərək, vəsiqəmizi təqdim etsək də, heç nə dəyişmədi. Şirkətin 10-15 nəfər "qoçu" mühafizəçiləri bizə hücum çəkdi. Kameramızı sındırmaq, əlimizdən almağa cəhd etdilər. Təhqir, nalayiq ifadələrlə qolumuzu buraraq, həyətdən çıxartdılar.

Fiziki təzyiqlərdən qurtulmaq üçün qonşu həyətə girməli olduq. Burada belə "qoçular" qapını qırıb, içəri girməyə çalışdılar. Tək məqsədləri, nəyin bahasına olursa-olsun çəkdiyimiz görüntüləri silmək idi ki, onu da bacara bilmədilər,” Məhəmməd Türkmən yazıb.

“Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu peşə fəaliyyətini icra edən zaman reportyorlara qarşı güc tətbiq edənlərin hərəkətlərinə hüquqi qiymət verilməsi xahişi ilə daxili işlər naziri Ramil Usubova müraciət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG