Accessibility links

Bu gün, Yer günüdür. Xatırlatmaq istərdik ki, yer bizim yeganə evimizdir və biz bunu heç zaman unutmamalıyıq. Bizim evimizin və ətraf mühitin qorunması vacibdir və hər kəs bu işdə kömək edə bilər. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində bildirir.

ABŞ-ın Azərbaycandakı Səfirliyi daim enerji istehlakı və Bakıda tullantı istehsalının azaldılması və ətraf mühitin mühafizəsi üçün çalışır. Biz həmçinin azərbaycanlılara ətraf mühitin qayğısına qalmaqda kömək edirik. Amerika Birləşmiş Ştatları Azərbaycanda Rəqabətlilik və Ticarət layihəsi çərçivəsində kənd təsərrüfatının dəstəklənməsi məqsədi ilə pestisidlərin istifadəsini azaltmaq üçün dövlət orqanları və təxminən 25,000 fermerlərə yardım göstərib.Pestisidlərin istifadəsinin minimuma endirilməsi Azərbaycanın torpağı, suyu, kənd təsərrüfatı məhsullarını istehlak edən insanların sağlamlığı üçün vacibdir

Bəs Siz bunun üçün nə edə bilərsiniz?

Bizim mübadilə proqramımızın məzunlarının bəziləri bu həftə sonu bir çimərliyin təmizləməsi tədbirini təşkil edir. Bu aksiyadan çəkilən şəkilləri sizinlə gələn həftə bölüşəcəyik. Eyni zamanda, siz şərhinizi və ya Yerin qoruması üçün etdiyiniz əməliyyatlarınşəkillərini göndərərək öz tövsiyələrinizi bizimlə paylaşın!

Yer gününüz mübarək!

XS
SM
MD
LG