Accessibility links

YES-Tələbə mübadiləsi proqramı


ABŞ Dövlət Departamentinin Gənclərin Mübadiləsi və Təhsili-YES adlı proqramı ailələr və tələbələri həm fiziki, həm də mədəniyyət baxımından bir araya gətirir.
Gənclər Amerikada amerikalı ailələrlə yaşamağın nə demək olduğunu öyrənmək üçün uzun məsafələr qət edib, bu ölkəyə səfər edir.
Dövlət Departamentinin təhsil və mədəni əlaqələr şöbəsi bu proqrama 2001-ci il 11 sentyabr terror aksiyalarından sonra start verib. Məqsəd Amerikanı müsəlman dünyasında tanıtmaqdır.

Mədəni əlaqələr şöbəsinin baş məsləhətçisi Rik Rut deyir ki, proqramın misilsiz mənfəətləri var."Qarşılıqlı anlaşma əldə etməyin, ektremizm və zorakılıqların mövcud olmadığı bir şərait yaradılmasının ən yaxşı yolu müxtəlif yaşlar, müxtəlif mədəniyyətdən olan insanları bir araya gətirməkdir."

Soda Ndiaye “YES” proqramının seneqallı üzvüdür. “Mən ingilis dilini öyrənmək, Amerika haqda biliyə malik olmaq üçün bu ölkəyə gəlməyi çox arzulayırdım.”

Nada Ömər Misirdəndir.“Müstəqillik və öz həyatını idarə etmək kimi bir təcrübə qazanmaq üçün YES proqramı gözəl bir imkandır. Bu bizə gələcəkdə işimizdə, karyeramızda kömək edəcək.”

Uşaqları qəbul edilən ailələrə bunun üçün maddi təzminat ödənmir. Randall Fiertz and onun xanımı Kerol proqramın missiyasının mühümlüyünü qeyd edir.

“Dünyada bir çox münaqişənin şahidi olmuşuq. Bu münaqişələrin səbəbi nədir? Biri-birini başa düşməmək. Anlaşmanın təmin edilməsi üçün görülən hər iş yaxşı işdir.”

“Xaricdə müsəlmanlarla birlikdə yaşayan bir insan kimi uşaqları Amerikanı tanıtdırmaq gözəl bir imkandır. Onlara İnsanı əlaqələrin eyni olduğunu göstəririk.”

YES proqramına üzv olan uşaqların çoxunun vətənində anti-amerika əhval ruhiyyəsi olduqca yüksəkdir.

Rik Rut Dövlət Departamentinin gənclərin baxışını dəyişmək istədiyini inkar edir.
“İştirakçıların özləri görür, eşidir, suallarını verir. Proqram heç bir mesaj mahiyyəti daşımır.”

Nada Ömər kimi tələbələr burada yalnız Amerika ilə deyil, digər xalqlarla da tanış olur. “Sinfimizdən dünyanın hər yerindən tələbə var. Hamısı da çox mehribandır.”

YES proqramı hər il ABŞ-a 900 tələbə cəlb edir. Proqramın təşkilatçıları onların vətənlərinə daha yaxşı xidmət göstərmək üçün hazırlandığını deyir.
XS
SM
MD
LG