Accessibility links

Qərb mətbuatı Azərbaycanda repressiyanı sərt tənqid edir

Human Rights Watch təşkilatının Qafqaz üzrə insan haqları eksperti Giorgi Qogia “Göndərişlər: Azərbaycanda təqiblərə yetər artıq” adlı yazı dərc edib. Yazıda BMT İnsan Haqları Şurası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda insan haqlarına dair çağırışları alqışlanır.

Azərbaycanın 24 illik müstəqillik dövründə insan haqları müdafiəçilərinə qarşı təqiblər heç bir vaxt indiki kimi şiddətli və genişmiqyaslı olmayıb.

Qogia bu həftə ard-arda iki gün Azərbaycanın olduqca bərbad insan haqları vəziyyəti haqqında Birləşmiş Millətlər Təşkilatı və Avropanın qabaqcıl insan haqları qurumlarından biri olan Avropa Şurasının ətraflı araşdırma dərc etdiyini bildirib. Onun sözlərinə görə, bu cür yüksək səviyyəli diqqət misli görünməmiş, lakin müvafiqdir. Belə ki, Azərbaycanın 24 illik müstəqillik dövründə insan haqları müdafiəçilərinə qarşı təqiblər heç bir vaxt indiki kimi şiddətli və genişmiqyaslı olmayıb.

Qogia qeyd edib ki, “iyunun 24-də İrlandiyanın başçılığı ilə 25 ölkə BMT İnsan Haqları Şurasında birgə bəyanat verərək, Azərbaycanda “tənqidi səslərin susdurlmasını” qınayıb, eləcə də insan haqları müdafiəçiləri, fəallar və jurnalistlərin “dərhal və qeyd-şərtsiz azad olunmasına” çağırıb.”

Giorgi Qogia

Giorgi Qogia

“Mən iyunun 23-də Avropa Şurası Parlament Assambleyası ölkənin demokratik qurumlarını müzakirə etdiyində Strasburqda idim. Hər bir parlamentar söz alaraq təqibləri qinayırdı. Onlar Bakını “hökümət tənqidçilərini sistematik təqib etməsinə son qoymağa” və “haqsız yerə həbs olunanları azad etməyə” çağırıb,” deyə Qogia bildirib.

O, hər iki bəyanatın Azərbaycanda susdurulanları müdafiə etdiyini vurğulayıb.

“Bir il bundan əvvəl mən Strasburqda Azərbaycan prezidenti İlham Əliyevin həmin assambleya önündəki çıxışını dinləmişəm. O, həyasızca ölkəsində bütün təməl hüquq və azadlıqların təmin olunduğunu təkrar edirdi.

Onun hədələyici tonunu eşidəndən sonra mən Azərbaycandakı dostlarıma görə qorxmağa başladım. Son bir ildə mənim qorxularım gerçəkləşdi.

"Onun hədələyici tonunu eşidəndən sonra mən Azərbaycandakı dostlarıma görə qorxmağa başladım. Son bir ildə mənim qorxularım gerçəkləşdi. İndi demək olar ki, onların hamısı ya həbsdədir, ya ölkəni tərk edib, ya da gizlənirlər,” deyə cənab Qogia qeyd edib.

Onun sözlərinə görə, "həbs olunanlar sırasına illər boyu Avropa Şurası ilə yaxın əməkdaşlıq edən insan haqları müdafiəçiləri və fəallar daxildir. Bunların sırasına isə insan haqları vəkili İntiqam Əliyev, insan haqları fəalı Rəsul Cəfərov və Leyla Yunus, eləcə də araşdırmaçı jurnalist Xədicə İsmayılova daxildir."

Rəsmilər onlarla digər fəallar, bloqerlər, siyasi fəal və jurnalistlərə qarşı saxta ittihamlar irəli sürüb. 2014-cü ildə 35 nəfər həbs olunub.

Prezident İlham Əliyevin 2013-cü ildə üçüncü dönəm prezident seçilməsindən sonra onlarla siyasi fəal, jurnalist həbs olunub.

Prezident İlham Əliyevin 2013-cü ildə üçüncü dönəm prezident seçilməsindən sonra onlarla siyasi fəal, jurnalist həbs olunub.

Qogia hər iki bəyanatın Azərbaycan hökümətini təqiblərə son qoymağa və qanunsuz yerə həbs olunanları azad etməyə çağırdığını, AŞPA qətnaməsinin isə hökumətdən Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tətbiq, məhkəmə sisteminin müstəqilliyini təmin etməyini və jurnalistlərə qarşı repressiyanı dayandırmağını tələb etdiyini qeyd edib.

Onun fikrincə isə, “Azərbaycanın bu tövsiyələrə diqqət yetirib-yetirməyəcəyini zaman göstərəcək.”

Qogia düşünür ki, AŞPA-nın bu müzakirəni keçirməsi və qətnamə qəbul etməsi Avropa Şurasının institusional etibarlılığı və Azərbaycanda susdurulanlar üçün çox vacibdir.

Son olaraq Qogia Azərbaycan hökümətinin bu çağırışlara cavab verməsini təmin etməyin Azərbaycanın beynəlxalq tərəfdarlarına, əsasən də İnsan Haqları Şurasının bəyantını imzalayanların öhdəliyi olduğunu vurğulayıb.

Bundan əlavə, qeyri-hökümət təşkilatları şəbəkəsi olan IFEX-də məqalə dərc edən Karo Rolando, 2015-ci il Avropa oyunlarında diqqət mərkəzində idmançıların deyil qeyri-idmançıların olduğu bildirib. O, vətəndaş cəmiyyəti üzvləri, media nümayəndələri və sənətçilərin Azərbaycanda baş verənlərin bir oyun olmadığını göstərmək üçün baş vurduqları səkkiz yolu açıqlayıb.

1. İnsan haqları naminə idman” kampaniyasından gələn müracitələrdən sonra Tvitter istifadəçiləri #Baku2015 haştaqın qüdrətindən istifadə edərək “real Bakı”-nı işıqlandırmağa başladılar. Buna isə Xədicə İsmayılova və Rəsul Cəfərov kimi jurnalistlərin və insan haqları müdafiəçilərinin acınacaqlı vəziyyətinin qələmə alınması daxildir.

Emin Hüseynov

Emin Hüseynov

2. Komediyaçı Con Oliver Avropa Oyunlarında keçirilən idman növlərindən tutmuş “gülünc” maskotlara kimi hər bir şeyə lağ edib. Oliver "Ötən Həftə Bu Gecə" adlı verlişində Azərbaycanda jurnalistlərə qarşı rəftar haqqında danışıb.

3. İsveçrə və Azərbaycan rəsmiləri arasında aylardır davam edən danışıqlardan sonra tanınmış insan haqları müdafiəçisi Emin Hüseynov Azərbaycanı tərk edərək İsveçrəyə gedəndən sonra CNN-ın məşhur aparıcısı Kristian Amanpura müsahibə verib.

4. IFEX-in üzvü olan Sərhədsiz Reportyorlar “Bakı Avropa Oyunları: müstəqil jurnalistlərin cəhənnəmi” adlı infoqrafik yaradıb.

İnfoqrafikada Azərbaycan hökümətinin ölkəni təbliğ etmək üçün açıqladığı rəqəmlərə qarşı ölkədəki reallıqları göstərən rəqəmlər göstərilib. Məsələn hökümət Avropa Oyunlarını işıqlandırmağa 800 xarici jurnalistin gələcəyini bildirib, Sərhədsiz Reportyorlar isə ölkədə 12 jurnalistin həbsdə olduğunu qeyd edərək, Azərbaycanın media nümayəndələri üçün ən böyük həbsxana olduğunu bildirib.

Bizim altı dostumuz, fikirlərini ifadə etmək cinayətinə görə həbsdədir. Oxuyun. Emin, Xədicə, Rəsul. İntiqam, Anar və Leyla üçün oxuyun!

5. İrlandiyanın məşhur rok qrupu U2-nun konserti zamanı qrupun solisti Bono Azərbaycandakı insan haqları müdafiəçilərinin acınacaqlı vəziyyətindən söz açıb.

Bono "bizim altı dostumuz, fikirlərini ifadə etmək cinayətinə görə həbsdədir. Oxuyun. Emin, Xədicə, Rəsul. İntiqam, Anar və Leyla üçün oxuyun” şüarını səsləndirib.

6. Avropa Oyunlarında ifa etdiyi üçün Lady Gaga tənqid atəşinə tutulub.

7. Onlayn video oyun diqqəti “əsl Bakı”-nın üzərinə çəkib. "İnsan Haqları üzrə Beynəlxalq Federasiya “Real Baku 2015” adlı onlayn mini oyun yaradıb. Oyunda insanlar vəkil, jurnalist və ya insan haqları müdafiəçiləri qismində iştirak edə bilərlər. Oyunçular dar həbsxana kameralarında 100 metrik qaçış və matrasda hoppanmaq kimi yarışlarda iştirak edirlər.

8. Senzura İndeksi Avropa Oynlarının arxasındakı piar kampaniyasını ifşa edib. Senzura İndeksinin “Azərbaycanda İnsan haqlarının susdurulması” adlı kampaniyası bir sıra kreativ məqalələr dərc edib. Bu məqalələrə Avropa Oyunlarının arxasındakı təbliğat maşınının hərtərəfli araşdırılması daxildir.

XS
SM
MD
LG