Accessibility links

Yevangelist xristianlar Respublikaçı namizədləri dəstəkləyir [Video]


2016-cı il ABŞ prezident seçkilərinin ilk səsverməsi Ayovada keçiriləcək. Ayova kokusuna artıq bir gün qalıb və rəy sorğuları göstərir ki, Respublikaçılar tərəfindən Texas senatoru Ted Kruz və nyu-yorklu milyarder, daşınmaz əmlak maqnatı Donald Tramp öndə gedirlər. Onların hər ikisi 2012-ci ildə Ayovanın Respublikaçı seçicilərinin 57 faizini, digər cənubi və mərkəzi ştatların isə 50-70 fazini təşkil edən yevangelist xristianların səslərinə ümid bəsləyir.

Xristianlar üçün çətinlik yaradan əsas məsələ onların seçəcəkləri insanla bağlı yüksək, İncilə uyğun standartlarının olmasıdır.

ABŞ-ın xristian yevangelistləri dini inanclarının siyasi seçimlərinə böyük təsir göstərdiyini deyir.

“Mən siyasətlə çox məşğul olmuram, amma bir siyasətçinin gündəmində Allahın olmaması məni narahat edir.”

Bu cür seçicilər abort, geylərin haqlarını və ya ənənvi dini dəyərlərə zidd olan məsələləri dəstəkləyən siyasətçiləri qəbul etmirlər.

Amma Hyuston Keşişlər Şurasına rəhbərlik edən rahib Deyv Velç deyir ki, seçicilər bu cür narahatlıqlarını namizədlərin liderlik qabiliyyəti və təcrübələri kimi digər keyfiyyətləti ilə tarazlaşdırmalıdır.

“Xristianlar üçün çətinlik yaradan əsas məsələ onların seçəcəkləri insanla bağlı yüksək, İncilə uyğun standartlarının olmasıdır."

Lakin Velç Donald Trampı dəstəkləyən yevangelistlərdən narahatdır, çünki Trampın şəxsi həyatı və kazinolara sahib olması onunla bağlı mənəvi suallar yaradır. Bundan əlavə onu narahat edən Trampın immiqrasiya ilə bağlı mövqeyidir ki, buna milyonlarla sənədsiz işçinin ölkədən deportasiyası daxildir.

“İncil baxımından , mərhəmət baxımından bu, məsuliyyətsizlikdir və əsaslı şəkildə səmərəsizdir!"

Ted Kruz və Rik Perri

Ted Kruz və Rik Perri

Buna baxmayaraq, Libery Universitetinin başçısı Cerri Falvell Cunior kimi tanınmış yevangelistlər Trampı dəstəkləyir.

Onun yevangelistlər arasındakı dəstəkçiləri deyir ki, onlar Trampı, bütün mənfi cəhətlərinə baxmyaraq, narahatlıqları barədə çox açıq-aydın bir şəkildə danışdığı üçün dəstəkləyirlər.

Rays Universitetindən Mark Cons isə deyir ki, yevangelistlər adətən geniş standatlara cavab verən namizədi dəstəkləyir.

“Əsasən də, praymeri və kokus zamanında yevangelist xristianlar sosial baxımdan mühafizəkar olan, eyni zamanda iqtisadi və xarici siyasət məsələləri barədə onlarla eyni baxışlara sahib namizədə üstünlük verir.”

Ayovada keçirilən son sorğular bu namizədin senator Ted Kruz ola biləcəyinə işara edir. Rahib Velç isə buna sevinir.

Ted Kruz İsa peyğəmbərin etibarlı, əqidəli, sadiq davamçısıdır. O, çox möhkəmdir və heç bir zaman əqidəsindən dönmür.

“Ted Kruz İsa peyğəmbərin etibarlı, əqidəli, sadiq davamçısıdır. O, çox möhkəmdir və heç bir zaman əqidəsindən dönmür.”

Amma Mark Cons bu rəy sorğularının nəticələrinə çox güvənməməyi tövsiyyə edir.

“Məncə biz bir unutmamalıyıq ki, sorğular insanların sadəcə səthi münasibətlərini yoxlayır. Bu insanların çoxu heç Respublikaçı praymeri və ya kokuslarda səs verməyəcək.”
Hansı namizədin yevangelistlərin ən çox dəstəyini alacağını fevralın 1-də keçiriləcək Ayova kokusu, fevralın 20-də Cənubi Karolinada keçiriləcək parymeri və digər cənubi ştatlarda keçiriləcək praymerilər müəyyən edəcək. Bunlardan biri də martın 1-də “Super Tuesday” adlanan Texas praymerisidir.

XS
SM
MD
LG