Accessibility links

Keçmiş sovet şairi Yevgeniy Yevtuşenko 85 yaşında vəfat edib. O, bir neçə il əvvəl ağır vəziyyətdə ABŞ-da klinikaya yerləşdirilmişdi. 2015-ci ildə ürəyindən əməliyyat keçirmiş şairə kardiostimulyator qoyulmuşdu. Bu əməliyyata qədər isə onun ayağı amputasiya edilmişdi.

150 kitab müəllifi olan Yevgeniy Yevtuşenkonun şeirləri müxtəlif dillərə tərcümə ediıib.

1963-cü ildə o, ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib.

Yevtuşenko məşhurluğa 20 yaşlarında "Babi Yar" poeminə görə yüksəlmişdi. 34 min yəhudinin qətlini və Sovet dövründə güniş yayılmış anti-semitizmi qınayan bu əsər ona dünya şöhrəti qazandırmışdı.

1991-ci ildə Yevtuşenko ailəsi ilə birgə ABŞ-a köçmüş, Oklahoma ştatınınTalsa şəhərinin universitetində çalışmışdı. O, həyatının sonunadək qədər orada yaşamışdı.

TACC xəbər verir ki, Yevtuşenko Moskvanın Peredilkino yazıçılar qəsəbəsində Boris Pasternakın məzarı yaxınlığında dəfn edilməsini istəyib.

XS
SM
MD
LG