Accessibility links

İŞİD-in seks kölələri


İki il əvvəl İŞİD-in hücumu nəticəsində girov götürülən yəzidi kürd qadınları ya hamilə, ya da əllərində körpələri ilə evlərinə qayıdır.

Onların bəziləri məcburi aborta, digərləri ilə uşaqlarının əllərindən alınmasına məruz qalıb.

Human Rights Watchın hesabatına görə,1500-ə yaxın yəzidi qız və qadın İŞİD-dən qaçmağa nail olub, Hələ də 2 mindən çox qadın köləlikdə saxlanılır.

Bu qadınların 3 kateqoriyaya bölünür-zorlanmış qadınlar, hamilə qadınlar və uşaqlı qadınlar.

Nə qədər qadının hamilə olduğu bəlli deyil. Belə ki, Amerikanın Səsinin qadınlarla müsahibə keçirmək cəhdi nəticə verməyib. Onlar danışmaqdan imtina edib.

Atası yəzidi olmayan uşaqların dünyaya gətirilməsi qəbuledilməzdir

Lakin Nineveh vilayətinin valisi Nofel Həmədi Akub valideynləri bəlli olmayan 3 minə yaxın uşağın dünyaya gəldiyini bildirib. Hazırda Bağdadın üzləşdiyi ən böyük problemlərdən biri bu uşaqlardır.

Yəzidilər arasında başqa bir din nümayəndəsi ilə evlilik günah hesab edilir. Hətta məcburi cinsi əlaqə belə onlara ləkə yaxır. İctimaiyyət arasında seks kölələri damğalı olaraq qalır.

2014-cü lin sentyabr ayında ruhani lider, Baba Şeyx kimi tanınan Xurto Hacı İsmayıl bu qadınların məcburi zorakılığa məruz qaldığını irəli sürərək, onların icmaları tərəfindən qəbul edilməsinə çağırıb. Lakin o, atası yəzidi olmayan uşaqların dünyaya gətirilməsini qəbuledilməz adlandırıb.

İraqda abort qadağan edilmiş olsa da, abort bu insanlar üçün yeganə çıxış yoludur. Bu ölkədə qadının həyatı təhlükədə olsa bu üsula əl atılır.

Qadınlar ara həkimlərinə müraciət etməli olur.

Digər bir problem isə dindir. Yəzidi qadının müsəlman kişidən doğulan uşağı bu icmada qəbul edilmir.

Fəallar hazırda İraq parlamentinə müracət edərək, bu problemin qanuni yolla həllini tələb edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG