Accessibility links

İraqda İslam Dövləti qrupu tərəfindən 200 yezidi kürd 5 ay saxlandiqdan sonra azad edilib. Onların əsasən yaşlılar, xəstələr və uşaqlar olduğu bildirilir.

Yezidilər avqust ayında hücuma məruz qalıb. Minlərlə yezidi kürdü Sincar dağlarına qaçmağa məcbur olub.

İslam Dövləti öz dinindən başqa digər etiqadları kafir adlandırır. Lakin yezidilərə xüsusi bir qəzəb nümayiş etdirir.

Yaraqlılar bu qrupa məxsus kişiləri gullələyir, qadın və qızları girov götürür, onları qul kimi satır.

Yezidi kürdlər əsrlərlə müsəlmanlar tərəfindən ayrı-seçkiliyə məruz qalıb.

XS
SM
MD
LG