Accessibility links

İdiş tanqosu [Video]


Yüz illərdir Avropa və Rusiyada yaşayan yəhudilər Argentinaya mühacirət edir. Onlar özləri ilə musiqilərini və rəqslərini gətiriblər ki, bu da vaxt ötdükcə Argentina tanqosu ilə qarışıb. Nəticədə meydana çıxan İdiş tanqosu bu gün mədəniyyətin və musiqinin infuziyasını əks etdirir.

Çoxları üçün Tanqo ehtiraslı rəqs formasıdır. Argentinada doğulub, boya-başa çatan, İdiş “Tanqo Klubu”nun musiqiçisi Qustavo Bulqaç: “Tanqo bluz deməkdir. Tanqo təkcə tanqo deyil, tanqo özünün münasibətini, idiş. ispan, hansı dil olursa olsun dilini,nümayiş etdirmək deməkdir. Tanqo ürəkdən gələn ehtiras deməkdir.”

Bulqaçın rəhbərlik etdiyi “Tanqo Klubu”nun musiqi qrupu yəhudi rəqs musiqisi “Klezmer”lə Argentina tanqosunun qarışığını canlandırır.

Vokalist Divina Qloriya: “Tanqo təkcə Argentina demək deyil. O, Avropanın da ilməsidir. Bu dramatik bir musiqidir.”

Bu qrup öz musiqisini Argentinadakı yəhudi mühacirlərə ərməğan edir. Bulqaç yəhudidir. Onun ailəsi Argentinaya Rusiyadan gəlib. Yəhudi müğənni Divina Qlorianın ailəsi isə Polşadan mühacirət edib. İdiş tanqosu ona Argentinada keçirdiyi uşaqlıq illərini xatırladır. “O, məni uşaqlıq illərimə aparır, ailəmi yadıma salır. Emosional olsa da, bu mənə sevinc gətirir” deyə, Divina Qloriya bildirir.

Əslində Tanqo Buenos-Ayresin xarabalıqlarında yaranıb. Bəziləri Tanqonun köklərinin Afrikadan olduğunu, digərləri isə Avropa mühacirlərinin gətirdiyi müxtəlif musiqi səslərindən yarandığını deyir. Yəhudilər də digər mühacirlər kimi yeni dünyalarına öz musiqilərini gətiriblər.

“Tanqo Argentina ritmindəki musiqidir. Tanqo Rusiyada, Polşadan, Almaniyadan gəlib. Bu həmişə ən gözəl rəqs ritmi olub və olmaqdadır. Onlar bunu əvvəlcədən özləri ilə gətirmiş və buradakı yerli sakinlərin bildiyi musiqi ilə qarışdırmışlar” - deyə, Bulqaç bildirir.

Nəticədə İdiş tanqosu yaranıb. “İdiş Tanqosu belə inkişaf edib, əvvəlcə özünün başlanğıc formasında olub, sonradan ispan sözləri əlavə olunub.”

Yeniləşən texnologiya da öz töhfəsini əsirgəmir. Səhnədəki 7 ifaçı 20 ifaçının əvəzini verir. Buraya gələnlərin çoxu yəhudidir və buradakı musiqi onlara tanışdır. Yəhudi olmayanlar da buraya rəqs etməyə gəlir.

Qadınlardan biri tanqoya marağı olduğunu və buraya Klezmer musiqisi sədaları altında rəqs etməyə gəldiyini deyir.

Qustavo Bulqaç deyir ki, müxtəlif mədəniyyətlərin və musiqiçilərin gətirdikləri yeniliklərə baxmayaraq, İdiş tanqosu Argentina tanqosu kimi özünün köhnə elementlərinə sadiq qalacaq.

XS
SM
MD
LG