Accessibility links

Yəmənə gedən silahla dolu gəmi saxlanıb

  • Nərminə Cəlalqızı

Yəmənə gedən silahla dolu gəmi saxlanıb

Yəmənə gedən silahla dolu gəmi saxlanıb

Dubay polisinin bildirdiyinə görə, İran Körfəzində Yəmənə göndərilməsi nəzərdə tutulan 16 min silahın olduğu gəmi saxlanılıb. Polis rəisi Dahi Xəfan bu gün deyib ki, silahla yüklənmiş gəmi Türkiyədən gəlib. Fransanın xəbər agentliyi gəmidəki silahın Yəmənin şiə üsyançıların nəzarətindəki Saada vilayəti üçün nəzərdə tutulduğunu bildirib.

Bu arada Yəmən parlamentinin ölkədə fövqəladə vəziyyət elan etməsinə baxmayaraq, müxalifət qüvvələri mübarizələrini davam etdirəcəklərinə söz veriblər. Müxalifət xalqı cümə günü prezident Əli Abdulla Salehin Sənadakı iqamətgahına yürüşə çağırıb.

XS
SM
MD
LG