Accessibility links

Yəmən həbsxanasından 16 məhbus qaçıb

  • Amerikanın səsi

Yəmən həbsxanasından 16 məhbus qaçıb

Yəmən həbsxanasından 16 məhbus qaçıb

Yəmən rəsmilərinin bildirdiyinə görə, bu gün ölkənin cənubundakı Ədən şəhərinin həbsxanasından Əl-Qaidə üzvləri də daxil edilməklə, azı 16 məhbus qaçıb. Ölkənin cənubundan təhlükəsizlik rəsmiləri İslamçı yaraqlıların bölgənin böyük hissəsini ələ keçirdiyini və məhbusların həbsxananın divarına uzanan tunel vasitsəilə qaçdığını bildirib. Bu, iyun ayında ölkənin Mukalla şəhərindəki həbsxanadan Əl-Qaidə üzvləri də daxil olmaqla, onlarla məhbusun qaçmasından bəri ikinci belə hadisədir.

Bir ilə yaxındır prezident Əli Abdulla Salehin istefasını tələb edənlər və müxalifətin tərəfinə keçən silahlı qüvvələrlə hökumət qüvvələri arasında baş qaldıran qarşıdurmaların davam etdiyi bir vaxt İslamçı qüvvələr ölkənin cənub bölgəsinə nəzarəti gücləndirmişlər.

XS
SM
MD
LG