Accessibility links

Yəmən hökuməti Körfəz Əməkdaşlıq Şurasının səylərini alqışlayıb


Yəmən hökuməti Körfəz Əməkdaşlıq Şurasının səylərini alqışlayıb
Yəmən hökuməti Körfəz Əməkdaşlıq Şurasının səylərini alqışlayıb

Yəmən hökuməti Körfəz Əməkdaşlıq Şurasının Yəməndə mövcud siyasi qarşıdurmaya son qoyulması səylərini alqışlayıb. Ölkənin siyasi liderləri ABŞ və Avropa İttifaqının Yəməndə sabitlik, birlik və insanların rifah halının yaxşılaşdırılması sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirib. Yəmənin ABŞ-dakı səfirliyinin yaydığı bəyanata görə, prezident Əli Abdulla Saleh konstitusiyaya uyğun olaraq hakimiyyətin dinc şəkildə təhvil verilməsinə razı olduğunu bildirib. Sənəddə Körfəz Əməkdaşlıq Şurasının bəyanatının gələcək dialoqun əsasını təşkil edəcəyi deyilir.

XS
SM
MD
LG