Accessibility links

Yəmən hökuməti və müxalifət razılıq imzalamağa hazırlaşırlar


Yəmən hökuməti və müxalifət razılıq imzalamağa hazırlaşırlar
Yəmən hökuməti və müxalifət razılıq imzalamağa hazırlaşırlar

Yəmən müxalifətinin nümayəndələri zorakılıqlar davam etdiyi təqdirdə planın baş tutmayacağı barədə xəbərdarlıq etsələr də, Yəmən hökuməti və müxalifət koalisiyası prezidentin istefası ilə bağlı razılıq imzalamaq fikrində qalırlar. Müxalifət alyansı bu barədə bəyanatı bu gün açıqlayaraq deyib ki, prezident Əli Abdulla Saleh mülki vətəndaşları qətlə yetirmək barədə göstərişlərinə son qoymasa belə bir razılıq baş tutmayacaq. Dünən təhlükəsizlik qüvvələri ilə prezident Salehin vəzifəsindən tez bir zamanda istefasını tələb edənlər arasında baş verən qarşıdurma zamanı azı 13 nəfərin öldüyü xəbər verilib.

XS
SM
MD
LG