Accessibility links

Yəmən mənşəli iki nəfər şübhəli şəxs təyyarəyə minərkən polis tərəfindən saxlanılıb


Niderland polisi mədə dərmanı ilə dolu butulkanın üzərinə skoç lentlə bərkidilmiş mobil telefonu onlardan birinin baqajında aşkar edib

Niderland rəsmiləri bildirb ki, ABŞ-dan Amsterdama uçan təyyarəyə minən zaman həbs edilmiş iki yəmənli terrorçuluqda təqsirli bilinərək saxlanılıblar. ABŞ mediası onların bazar günü axşam United Airlines təyyarəsi ilə Amsterdama gələndən sonra saxlanıldıqlarını bildirib. Niderland polisi mədə dərmanı ilə dolu butulkanın üzərinə skoç lentlə bərkidilmiş mobil telefonu onlardan birinin baqajında aşkar edəndən sonra həmin sərnişinləri həbs etmişdir. Baqajda 7000 dollar pul da daxil olmaqla, skotçla biri-birinə bərkidilmiş başqa mobil telefonlar və bir neçə qol saatı var idi. ABC Nyus dünən şübhəli şəxslərin terror hücumu hazırlamaqda ittiham olunduqlarını bildirib. Rəsmilər onların terror hücumu üçün məşq xarakterli missiya həyata keçirdiyinə inanırlar. Lakin ABŞ rəsmiləri bildirib ki, terroçuluq ittihamları təsdiq edilməyib. Saxlanılan iki nəfərin şəxsiyyətləri müəyyən edilib. Onların adları Əhməd Məhəmməd Nasser əl-Sufi və Hezmam əl-Murisidir. Onlar Vaşınqtona uçaraq oradan Amsterdama uçmalı idilər. Lakin son anda planı dəyişərək birbaşa Niderlandın paytaxtına uçmağa qərar veriblər.

XS
SM
MD
LG