Accessibility links

Yəmən müxalifəti Körfəz sazişini qəbul etdi


Yəmən müxalifəti Körfəz sazişini qəbul etdi
Yəmən müxalifəti Körfəz sazişini qəbul etdi

Yəmən prezidenti və müxalifət liderləri həftələrdir davam edən nümayişlərə son qoya biləcək razılıq əldə ediblər.

Xəbər agentlikləri prezident Əli Abdulla Salehin yardımçısı və müxalifət rəsmilərinə istinadən bildirir ki, tərəflər Körfəz Tərəfdaşlıq Şurasının vasitəçiliyi ilə əldə olunan razılığa bu gün imza atacaqlar.

Altı körfəz dövlətindən ibarət qrup prezident Salehə 30 gün ərzində hakimiyyəti təhvil verəcəyi təqdirdə cinayət məsluyyətinə cəlb olunmamaq hüququ verən layihə təklif etmişdi. Təklif habelə müxalifətin də daxil olduğu birlik hökumətinin yaradılmasına çağırır.

XS
SM
MD
LG