Accessibility links

Yəmən ordusu Caar şəhərini ekstremistlərdən azad edib


Yəmən rəsmiləri hökumət qüvvələrinin ölkənin cənub bölgəsini Əl-Qaidənin nəzarətindən geri almaq üçün keçirdiyi əməliyyatlar zamanı azı 20 yaraqlının və 4 əsgərin öldüyünü bildirirlər.

Caar şəhərinin rəsmiləri və şahidlərinin dediyinə görə, Yəmən ordusu və onlara yardım edən qəbilə üzvləri artıq bir ildən çoxdur Əl-Qaidənin nəzarətində olan bölgəni bombardman edərək, yaraqlıları sıxışdırıb çıxarmağa nail olublar. Bundan sonra əsgərlər və qəbilə üzvləri Caara daxil olaraq, Abyan vilayətini liman şəhəri Ədənlə birləşdirən magistral yolunu açmışlar.

Sakinlərin hökumət qüvvələrini sevinc və atəşfəşanlıqla qarşıladıqları deyilir.

XS
SM
MD
LG