Accessibility links

Yəmən parlamenti hakimiyyəti tərk edən prezidentə immunitet verdi

  • Amerikanın səsi

Yəmən parlamenti hakimiyyəti tərk edən prezidentə immunitet verdi

Yəmən parlamenti hakimiyyəti tərk edən prezidentə immunitet verdi

Yəmən parlamenti rəsmən prezident Əli Abdullah Salehə immunitet verən qanunu təsdiq edib. Bunun müqabilində 30 ildən çox hakimiyyətə rəhbərlik etmiş Saleh vəzifəsini tərk edəcək.

Körfəz dövlətlərinin vasitəçiliyi ilə əldə olunmuş qanun cənmab Salehə bütün mühakimələrdən immunitet verir. Noyabrda imzalanan razılıq ölkədə vüsət almış siyasi böhranın aradan qaldırılmasına xidmət edirdi.

Yeni qanun habelə prezidentin müşavirlərinə qismən immunitet verir, hərçənd ki, son dəqiqədə qəbul edilən düzəlişlər bu immunitetlərin miqyasını kiçildib.

Yəmən qanunvericiləri bu addımı alqışlayaraq qanunun Körfəz Əməkdaşlıq Şurasının təkliflərinə uyğun olduğunu bildiriblər.

XS
SM
MD
LG