Accessibility links

Yəmən parlamenti ölkədə fövqəladə vəziyyət elan edib


Yəmən parlamenti ölkədə fövqəladə vəziyyət elan edib
Yəmən parlamenti ölkədə fövqəladə vəziyyət elan edib

Prezident dünən hərbi liderlərə xəbərdarlıq edib ki, çevrilişə hər hansı cəhd vətəndaş müharibəsi ilə nəticələnəcək

Yəmən parlamenti zorakılıqlarla müşayiət olunan nümayişlər fonunda ölkədə fövqəladə vəziyyət elan etməsinə baxmayaraq müxalifət qrupları nümayişlərə davam edəcəklərini bildiriblər.

Hökumət-əleyhinə nümayişçilər cümə gün prezident Əli Abdulla Salehin Sana şəhərindəki sarayına yürüş etməyə çağırıb. Onlar deyiblər ki, yürüş prezidentin istefasına həsr olunacaq.

Yəmən prezidenti Əli Abdulla Salehin partiyası parlamentdə əksər yerlərə malik olduğu üçün komendant saatına dair qanunun asanlıqla qəbul olunacağı gözlənilirdi.

Cənab Saleh ona sadiq silahlı şəxslərin cümə günü bir qrup nümayişçiyə atəş açaraq 52 nəfəri qətlə yetirdikdən sonra komendant saatı tətbiq edib.

Bir çox dövlət məmurları, qəbilə başçıları, və diplomatlar qanlı qətliamdan sonra nümayişçilərin tərəfinə keçiblər. Yəmənin yüksək səviyyəli məmuru general Mosen əl-Əhmar da dinc nümayişçilərin tərəfinə keçdiyini elan edib.

Prezident dünən hərbi liderlərə xəbərdarlıq edib ki, çevrilişə hər hansı cəhd vətəndaş müharibəsi ilə nəticələnəcək.

XS
SM
MD
LG